Azərbaycanlılar Gürcüstanda dəhşətli qəzaya düşdü - 3 NƏFƏR ÖLÜB, 2 YARALI VAR

Baxış sayı:
4012

Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.
 
Nsa.ge xəbər verir ki, hadisə bu gün səhər saatlarında Gürcüstanın Kaxeti bölgəsində baş verib.
 
Sürücününün idarə etdyi “Mercedes” markalı minik avtomobili qəzaya düşüb.
 
Qəza zamanı sürücü daxil olmaqla, 3 Azərbaycan vətəndaşı hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.
 
Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Azərbaycana göndərilməsi istiqamətində iş aparılır.