Azərbaycanlı şair məhkəməyə çağırıldı - Səbəb

Baxış sayı:
1726

Güney azərbaycanlı milli-mədəni fəal, araşdırmaçı, yazıçı və şair Rəhim Qulami məhkəməyə çağırılıb.
Muxalifet.az xəbər verir ki, fəalın Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinə getdiyi bildirilib.
Hakim Xudadadi fəalın GAMAC təşkilatına (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzv olmaq, rəhbəri təhqir etmək, virtual aləm və iclaslarda yalan məlumatlar yaymaqla sistemin əleyhinə təbliğat aparmaq ittihamları ilə üzləşdiyini açıqlayıb.
Elan olunan ittihamlar arasında “GAMAC-a üzv olmaq” dosyeyə əlavə olunan yeni ittihamdır.
Qeyd edək ki, Rəhim Qulami daha əvvəl dəfələrlə həbs edilib.