Azərbaycanlı məşhur vəfat etdi - VİDEO

Baxış sayı:
11749

Azərbaycanın xalq rəssamı Altay Hacıyev vəfat edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyi yayıb.
Fevralın 12-də dünyasını dəyişən Altay Hacıyev 1931-ci il aprelin 2-də Bakıda rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb.
1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib.
Altay Hacıyev 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
"Xalqımızın ulduzları" silsiləsindən olan "Tomris", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti Bikə", "Aşıq Pəri", "Ağa Bəyim Ağa" və b. əsərlərin müəllifidir.