Azərbaycanlı fəaldan İrana xəbərdarlıq: mayın 27-də...

Baxış sayı:
1753

Ərdəbil zindanında saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani aclıq aksiyasına başlayacağı barədə xəbərdarlıq edib. Muxalifet.az xəbər verir ki, fəal bu barədə ailə üzvlərinə məlumat verib. A.Lisani bildirib ki, məhkəmədə özünü müdafiə etməyə hazırlıq məqsədi ilə vəkili tərəfindən hazırlanıb zindana təhvil verilən dosyenin xülasəsi ona təqdim olunmayacağı təqdirdə mayın 27-də aclıq aksiyasına başlayacaq. Məlumata görə, Ərdəbil zindanının təhlükəsizlik bölümünün rəisi Surazər tələb olunan vərəqələrin fəala göstərilməsinə mane olur. Abbas Lisani bu maneçiliyi özünə qarşı qurulan ssenarinin tərkib hissəsi olduğunu açıqlayıb. Qeyd edək ki, Abbas Lisani ustad musiqiçi Həsən Dəmirçinin dəfn mərasimində etdiyi çıxışla bağlı “İslam Cümhuriyyətinə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib.