Azərbaycanla sərhəddə ATIŞMA – Silahlı qrupun lideri öldürüldü
3-06-2018 12:48
Baxış sayı:
1735

Dağıstan Respublikasında hüquq-mühafizə orqanlarına müqavimət göstərən silahlı dəstənin rəhbəri zərərsizləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Anti-terror Komitəsinin mətbuat xidməti informasiya yayıb.
“Müəyyən edilmiş döyüşçü silahı yerə qoymağa etiraz edib və FTX xüsusi təyinatlıları ilə atışmaya girib. O, cavab atəşi ilə zərərsizləşdirilib. Onun “Tsumadinsk dəstə”sinin rəhbəri olduğu ehtimal olunur”, - komitədən bildirilib.
Əməliyyatda iştirak edən hüquq-mühafizə orqanları əməkdaşları və mülki əhali arasında itki qeydə alınmayıb.