Azərbaycanda vəzifəli şəxsə qarşı 37 minlik - DƏLƏDUZLUQ
11-06-2018 10:18
Baxış sayı:
2368

ATEF Şirkətlər Qrupunun rəhbərliyinə qarşı dələduzluq edilib.
Reportun xəbərinə görə, şirkətlər qrupunun Muşahidə Şurasının sədri Talıb Əlixanbəyov hüquq-mühafizə ortqanlarına müraciət edərək şirkətin bir qrup əməkdaşının onun imzasını saxtalaşdıraraq Estoniyada yerləşən “European Power Solutions Estonia” şirkəti ilə müqavilə bağlanıldığını və həmin şirkətin hesabına 37000 avro pulun xəbərsiz köçürüldüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ATEF Şirkətlər Qrupu 1998-ci ildə özəlləşdirilən Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında yaradılıb. Şirkətlər qrupu yağ transformatorları, gərginlik transformatorları, komplekt transformator yarımstansiyaları, stabilizatorlar və s. istehsal edir.