Azərbaycanda toyuq yumurtası bahalaşacaqmı?
20 dekabra olan olan məlumata əsasən, hazırda Rusiyada 1 ədəd yumurta 120 rubl, 0.75 ABŞ dolları və ya 1.20 AZN-dir.
Rusiyada yumurta ilə bağlı vəziyyət kritik olaraq qalır. Rəsmi Kreml bəyan edib ki, yumurta idxalı ilə bağlı bütün gömrük vergiləri ləğv edilib.
İlk olaraq Azərbaycan və Türkiyəyə yumurta idxalı ilə bağlı müraciət olunub. Dünən Azərbaycandan Rusiyaya 36 ton və ya 612 min ədəd yumurta göndərilib.
Lakin bu Rusiyada yumurta böhranını önləmək üçün yetərli deyil.
Maraqlıdır ki, bir zamanlar toyuq yumurtasının ucuzluğuna görə Rusiya dünyada liider ölkələr sırasında idi.
"Numbeo" beynəlxalq reytinqinə əsasən, Rusiya toyuq yumurtasının ucuzluğuna görə 97 ölkə arasında üçüncü yeri tuturdu. Yalnız Hindistan və Pakistandan sonra dünyada ən ucuz yumurtaya görə Rusiya 3-cü yerdə idi.
Noyabr-dekabr aylarında melanjın (şirniyyat məmulatlarının istehsalında istifadə olunan yarımfabrikat) qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 faizdən çox bahalaşıb. Bu isə o deməkdir ki, Rusiyada şirniyyat, qənnadı sənasyesi qiymətlər ucuzlaşmazsa ciddi bir böhranla üzləşməli olacaq.
Artıq Rusiyanın «Fantel» və «Kolos» kimi iri qənnadı istehsalçıları qiymətlərin bu həddə olacağı təqdirdə istehsalı azaldacaqlarını bəyan ediblər.
İndi Kreml Hindistan və Pakistanla danışıqlar apararaq vəziyyətdən çıxmağa çalışır. Lakin Hindistan və Pakiistan hələ noyabr ayında bəyan edib ki, zəruri ərzaq ehtiyatlarının təmin edilməsi baxımından bir sira əsas ixrac mallarının gömrük rüsumlarını artırıb. Və ya məhdudiyyət tətbiq edib.
Bu isə o demıəkdir ki, ən azı aprel-may aylarına qədər Rusiya toyuq yumurtası qıtlığı ilə üzləşəcək.. Rusiyada illik yumutra istehlakı 19 milyard ədədə bərabərdir. Azərbaycan və Türkiyənin isə qış aylarında, daxili istehlak üzrə tələbin artdığı bir zamanda bu qədər böyük bazara təklif edəcəyi yumurtanın həcmi isə 8-10 faizdən çox ola bilməz.
Azərbaycanda 2023-cü ilin yanvar-noyabr aylarında 2 milyard 120 milyon ədəd yumurta istehsal edilib. Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çoxdur.
Ölkə əhalisinin illik yumurta istehlakı 1 milyard 317 milyon ədəddir.
Yəni daxili təlabatı ödədikdən sonra əlavə olaraq 500 milyon ədəddən çox ixracat potensialımız yaranır.
Rəsmi statistikaya əsaslansaq, o zaman Azərbaycan kifayət qədər əverişli şərait yaranan Rusiya bazarından mühim gəlirlər əldə edə bilər.
Yəni daxili bazarda süni bahalaşmanın qarşısını almaqla əhəmiyyətli səviyyədə Rusiya bazarına yumruta təklif etmək olar. Və əlbəttə ki, ən azı ənənəvi gəlirlərdən 6 dəfə çox gəlir əldə etmək mümkündür.
Təbii ki, yaranmış bu əlverişli şəraitdən istifadə etməklə ölkədə quşçuluq təərrüfatlarını da inkişaf etdirmək mümkündür. Bu baxımdan, "Azərbaycanda yumurta bahalaşacaqmı" sualına ilkin olaraq "yox" cavabı vermək olar.
Bir şərtlə ki, inhisarçılar, fürsətçillər "Rusiyaya daşınır" psixolojisini ortaya ataraq qiymətləri bahalaşdırmasalar.
Razi Abasbəyli