“Azərbaycanda Rusiyanın maraqlarını təkcə Nəcməddin Sadıqov müdafiə etmir...” - PARTİYA SƏDRİ

Baxış sayı:
12508

Avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində “Qarabağ-Ermənistandır” deməsi Azərbaycanda ciddi etiraza səbəb olub. Buna rəğmən, Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın bu açıqlamasına çox dişsiz cavab versə də, Müdafiə Nazirliyindən heç bir səs çıxmadı. Baxmayaraq ki, bir qrup vətəndaşımız bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə yollanmışdı ki, nazirin və yaxud Baş qərargah rəisinin adekvat reaksiya bildirməməsinin səbəblərini öyrənsin. Amma buna nail ola bilməmişdilər. Göründüyü kimi, hələ də nazirliyin ortada heç bir mövqeyi yoxdur. İctimaiyyət isə bu mövqesizliyi sözügedən nazirlikdə Rusiyapərəst qüvvələrin olması ilə əlaqələndirir. Belə ki, “Xural” internet televiziyasının “Siyasət meydanı” verilişinə müsahibə verən keçmiş DTX zabiti İlham İsmayıl belə bir fikir səsləndirib ki, o, vaxtilə Xanlar rayonunda kurator olanda Azərbaycanın Baş qəragah rəisi general-polkovnik Nəcməddin Sadıqov bu ölkəyə 1988-ci ilin noyabrında Xanlar rayonunda yaşayan ermənilərin təhlükəsizliyini qorumaq üçün gəlib. Bəs, belə bir adamın uzun illər silahlı qüvvələrin Baş qərargahına rəhbərlik etməsi nə dərəcədə normaldır? “Hürriyyət” bu və ya digər suallarını Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırıb: -Biz dəfələrlə Azərbaycanın Rusiyanın təsirində olduğunu, ölkənin suverenliyinin və müstəqilliyinin Rusiya tərəfindən məhdudlaşıdırıldığını və siyasi hakimiyyətdə Rusiya tərəfindən təyin edilmiş adamların olduğunu, eləcə də Azərbaycanın siyasi təmsilçilərinin böyük əskəriyyətinin Rusiyanın təsirində olduğunu demişik. Həmçinin, Dağlıq Qarabağın azad olunması, ölkədə korrupsiya, insan hüquqları və azadlıqları, Azərbaycanın Avropaya inteqarsiya məsələsində ən böyük əngəlin Rusiya və onun Azərbaycandakı nümayəndələri olduğunu demişik. Təbii ki, burada konkret olaraq tək Nəcməddin Sadıqov bu qədər işin öhdəsindən gələ bilməz. Rusiyanın maraqlarını Azərbaycan parlamentdə, Prezident Aparatında, Nazirlər Kabinetində, prokuror, məhkəmə və polis sistemində də müdafiə edən kifayət qədər insan var. Elə ona görə də Azərbaycan öz milli problemlərini həll edə bilmir. Birmənalı şəkildə başa düşmək lazımdır ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycan üçün gün məsələsidir. Biz bütün imkanlarımıza, insan resurslarımıza, vətənpərvərliyimizə, fədakarlığımıza, hərbi texnikamıza, dünyada mövqeyimizə görə bir neçə dəfə Ermənistana qalib gələ bilərik. Nəinki Qarabağı, hətta vaxtilə demokratik Cümhuriyyət dövründə bizdən işğal etdikləri Zəngəzuru, Göycə mahalını, İrəvanı və digər ərazilərimizi də özümüzə qaytara bilərik. Amma Rusiya bu məsələdə bizə ciddi şəkildə əngəl törədir. Çünki zatən, Qafqazda Ermənistan dövləti ideyası Rusiyaya məxsusdur. Ermənilər heç vaxt Qafqazda yaşamayıblar. Onların Qafqaza gəlişinin 100-150 illik tarixi var. Əgər Qacarın tarixini oxusanız görərsiniz ki, Qacarın dövründə o boyda imperiyada bir ucu Hindistan, bir ucu Stavropol, biri ucu İraq, biri ucu da Orta Asiyada səpələnmiş şəkildə cəmi 8 min erməni ailəsi yaşayıb. Amma biz görürük ki, XIX-cu əsrlərin axırlarında intensiv şəkildə Qafqazda ermənilərin sıxlaşması, konsentrasiya olunması müşahidə olunur və indiki halda da 2 milyona yaxın erməni Qafqazda yaşayır. Halbuki, ermənilərin Qafqazla heç bir əlaqəsi yoxdur. Erməni xəstələyi deyilən bir xəstəlik sübut edir ki, ermənilər Qafqaz xalqları ilə eyni coğrafi mühitin aborigenləri deyillər və bunlar bizim torpaqlarımıza gəliblər. Hətta baxın, Alban kilsəsinə belə yiyələnib, onu öz kilsələri ediblər. Baxmayaraq ki, ermənilərin özlərinin ən böyük alimlərindən biri Abovayan, hansı ki, bu kilsə tarixini öyrənən böyük bir tarixçidir, etiraf edir ki, ermənilərin qədim kilsə dili türk dilinə daha yaxındır, nəinki müasir erməni dilinə. Çünki Alban kilsələri Azərbaycan türklərinin kilsələri olub. Təbii ki, kitablar da hamısı türk dilindədir. Özləri bunu etiraf edir. Hətta bu gün onların dillərində 100 minə yaxın türk sözü var. Eləcə də məişətlərinin 99%-i, musiqiləri bizə aiddir. Ermənilər bir parazit kimi Azərbaycan mədəniyyəti, adət-ənənələri, əraziləri üzərində özlərinə bir dövlət və mədəniyyət yaratmağa cəhd edirlər. Təbii ki, Azərbaycan xalqı bunun qarşısını almağa hazırdır. Amma Rusiyanın agentura şəbəkəsinə daxil olmuş insanlar, hansılar ki, Azərbaycanda yüksək vəzifələrdə işləyirlər, yüksək postlar tuturlar, buna imkan vermirlər və Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər. Məsələn, o günu bir deputat çıxıb deyir ki, Azərbaycan xalqı fədakarlığa hazır deyil. Hansı xalq öz torpaqlarının azad olunması uğrunda 20 min şəhid verib? Azərbaycanın 20 minə yaxın şəhidi var. Bundan artıq fədakarlıq sən nəyə deyirsən? Aprel döyüşlərində “məmə deyəndən, pəpə deyənə” qədər hamı cəbhəyə getməyə hazır idi. Dövlət artıq müharibə elan etmişdi və hamı da istəyirdi ki, bu müharibədə iştirak eləsin. Bundan artıq müharibəyə hazırlıq, fədakarlıq nəyə deyirsən? Dövlət xadimləri, Azərbaycanı idarə edənlər özləri Azərbaycanı azad etməyə hazır deyil, ya iradələri yoxdur, ya da Rusiyanın təzyiqi altındadır. Bunu xalqın adına yazmaq istəyirlər ki, guya, xalq hazır deyil. Bütün dünya da bilməlidir ki, Azərbaycan xalqı birmənalı şəkildə öz torpaqlarını nəyin bahasına olur-olsun azad etməyə həm hazırdır, həm qadirdi, həm də gec-tez azad edəcək. Bu hakimiyyət gedəndən sonra milli, xalqın mənafeyinə xidmət edən hakimiyyət gələcəyi təqdirdə Dağlıq Qarabağ azad etmək bizim üçün bir problem olmayacaq. Ermənilər də bunu başa düşməlidir. İndidən başlayıb orada məskunlaşırlar, yol, su, kanal çəkirlər. Bütün bunlar hamısı müvəqqəti şeylərdir. İrəvan da daxil olmaqla, bütün bu ərazilər Azərbaycan türklərinə məxsusdur. Ermənilərin burada mənəvi haqqı yoxdur. Qafqazda onların mövcudluğu Rusiyanın xarici siyasətində bir elementdir. Rusiyanın özü əlini ermənilərdən çəkəcəyi təqdirdə heç ermənilərə təzyiq etmək lazım gəlməyəcək, ermənilərin öz doğma vətənləri haradırsa, ora da köçüb gedəcəklər. Ermənilərin Qafqaza heç bir aidiyyatı yoxdur. - Zaman-zaman keçmiş müdafiə naziri Səfər Əbiyevin Baş qərargah rəisi Nəcməddin Sadıqovu isetefaya göndərmək üçün ölkə başçısına müraciət etdiyi haqda iddialar var idi. Ancaq görünən odur ki, mövcud hakim komanda Sadıqovla deyil, Əbiyevlə vidalaşmağa üstünlük verdi. Belə bir vəziyyətdə Azərbaycanın Rusiyanın razılığı olmadan müharibə etmək şansı varmı? - Azərbaycanın Rusiyanın razılığını almağa ehtiyac yoxdur. Çünki Azərbaycan müstəqil, suveren dövlətdir. Beynəlxalq hüquqa görə biz öz ərazilərimizi müharibə yolu ilə azad etmək hüququna malikik. Sadəcə olaraq bu zaman Rusiya Azərbaycana təzyiqlər edə bilər. Azərbyacan da bu təzyiqi neytrallaşdıracaq önləyici addımlar atandan sonra müharibəyə başlamalıdır. Çox təəssüf ki, Azərbaycan müharibə yolu ilə Qarabağı azad etmək əvəzinə, Qarabağı ermənilərə vermək üçün xalqları sülhə hazırlamaq yolu tutur. Bundan əvvəl də biz dəfələrlə bu cür xəyanətkar mövqe nümayiş etdirdiyini görmüşük. İstər Bişkek protokolu, istərsə Lissabon sammitində Azərbaycanın mövqeləri demək olar ki, indiki hakimiyyət tərəfindən çox böyük təhlükəli bir həddə qədər uduzdurulub. Əlbəttə, Azərbaycan iqtidarı istəsə, heç bir problem yoxdur, Dağlıq Qarabağı Rusiyanın iradəsinin ziddinə azad edə bilər. Rusiya bizə neynəyə bilər? Biz öz ərazilərimizi işğaldan azad edirik. Rusiya bizə nə deyə bilər? Biz Ermənistanın, Rusiyanın ərazisinə keçmirik. Bəyəm, bizim öz torpaqlarımızı azad etmək hüququmuz yoxdur? Sadəcə olaraq Rusiya burada təzyiq edə bilər. Biz də Rusiyanın bu təzyiqini neytrallaşdıra biləcək addımlar atmalıyıq, müsəlman dövlətlərini, Avropanı, Amerikanı bir dost kimi yanımızda görməliyik. Azərbaycan iqtidarı düşünülmüş şəkildə elə bir siyasət aparır ki, həm islam dünyasından, həm türk dünyasından, həm də demokratik dünyadan uzaqlaşır. Ona görə, təklənir, təklənəndə də doğrudan da baxır ki, biz Rusiyanın qabağında acizik. Biz Rusiyanın qabağında neynəyə bilərik? Nəyə görə Pribaltika Rusiyanın qabağında dura bilir? Gürcüstan, bizdən iki dəfə kiçikdir, Rusiyanın qabağında dura bilir? Moldova Rusiyanın qabağında dura bilir və Avropaya inteqrsiya məsələsində inadlı mövqe nümayiş elətdirir? Azərbaycana gələndə, biz dura bilmirik. Arxamızda 1,5 milyard müsəlman, 300 milyonluq türk dünyası, neçə milyard da demokratik dünya var. Biz bu dövlətləri narazı salmasaq, onlarla yaxınlıq edəcəyimiz təqdirdə Rusiya bizə neynəyəcək? Qaldı ki, biz real şəkildə öz torpaqlarımızı azad etmək istəsək, Rusiya bununla razılaşacaq. Çünki Rusiya bu cür separatçı hərəkətləri dəstəkləyəcəksə, onda biz də Çeçenistanı, Başqırdıstanı, Tatarıstanı, Dağıstanı və Rusiyada digər muxtar respublikaların müstəqilliyini dəstəkləməliyik, təbliğ etməliyik və bu istiqamətdə iş aparmalıyıq. Rusiyanın özünə xeyirdir, bəyəm? Separtizimdən ən çox əziyyət çəkən ölkələrdən biri də Rusiyadır. Ona görə də Rusiyanı başa salmaq lazımdır ki, sən əgər mənim ərazimdə separatizmi dəstəkləyərsən, mən də sənin ərazindəki separatçı hərəkatları dəstəkləyərəm. Ruslar Sovet hökuməti dağılandan bu günə qədər Dağıstanı, Çeçenistanı, Tatarıstanı nəzarət altına ala bilməyiblər. Bu, acı da olsa reallıqdır. Rusiya indi gəlib Azərbaycana necə nəzarət edə bilər? Sən bir Dağıstanın öhdəsindən gələ bilmirsən. Onda mən Azərbaycan hökumətinə sual verirəm, əgər Rusiya Dağıstana nəzarət edə bilmirsə, necə olur Azərbaycana nəzarət edə bilir? Deməli, siz özünüz Rusiya ilə bağlısınız, Rusiyaya xidmət edirsiniz. Dağıstan da Azərbaycan ərazilərdir, vaxtilə işğal edib, amma Dağıstanda vəziyyətə nəzarət edə bilmir. Orada şəriət məhkəmələri hökm sürür. Orada insanlar dövlət orqanlarına yox, daha çox dini müəssisələrə müraciət edirlər və Dağıstan xalqı öz ədət-ənənəsi ilə yaşayır. Xeyir ola, Rusiya belə güclüdürsə, nəyə görə 25 il 1 milyon çeçenin arasında avara qalmışdı? Əgər amerikanlar, avropalılar dəstək verməsəydi, çeçenlər çoxdan Rusiyanın axırına çıxmışdılar. Necə olur 1 milyon çeçen 25 il Rusiya ilə vuruşa bilir, bu qədər maliyyə vəsaiti, ordusu olan 10 milyon Azərbaycan xalqı lazım gəlsə, Rusiya ilə vuruşa bilmir? Niyə? Biz öz torpaqlarımızı azad etmək xətrinə lazım gəlsə, Rusiya, Amerika, Fransa ilə, qabağımıza kim dursa, onunla müharibə etməyə hazır olmalıyıq. Vətəni yalnız belə qorumaq olar. Türklər birinci dünya müharibəsində Türkiyəni 35 dövlətə qarşı müdafiə etdilər, qorudular və xilas oldular. Bir çox xalqlar var ki, çoxlu düşmənə qalib gəlib. İndi bizim taleyimiz elədir ki, düşmənimiz bir Rusiyadır, başqası yoxdur. Lap tutaq ki, Rusiyanın yanında Amerika da, Fransa da yer alsın, haqlı güclüdür, güclü haqlı deyil. Biz haqlıyıq. Mən demirəm ki, ordumuz var, amma biz haqlı olduğumuza görə güclüyük. Niyə biz öz gücümüzü gücsüzük kimi təqdim edirik? Ona görə də Azərbaycan iqtidarı siyasi cəhətdən Qarabağı azad etmək istəmir. Yerdə qalan hərbi, sosial-iqtisadi problemlər yoxdur. Qarabağı azad etmək bizim üçün gün məsələsidir. O ki qaldı Nəcməddin də daxil olmaqla hakimiyyətdə ayrı-ayrı kadrların təmsil olunmasına, Nəcməddinin qardaşı Rusiyanın Ermənistandakı qoşunun başında durub, özü də Azərbaycanın qoşunlarının başında durub. Bir qardaşı orada erməni qoşunlarının rəhbəridir, biri qardaşı da burada Azərbaycan qoşunlarının rəhbəridir. Bu, bir oyundur, özü də çox iyrənc bir oyundur. Necə ola bilər 3-4 dəfə prezident dəyişsin, 3 dəfə siyasi hakimiyyət dəyişsin, amma bu illər ərzində eyni bir adam eyni vəzifədə qalsın və bu dövrdə ordu bir dəfə də olsun müvəffəqiyyətli nailiyyət əldə etməyib. Bir dənə Lələtəpə döyüşlərində müəyyən naliyyət əldə etmişik. Ona görə ki, onda da onun əmrlərni heç kəs icra etməyib. Azərbaycanda Nəcməddin Sadıqovun Rusiyanın agentura şəbəkəsinə daxil olan, maraqlarını müdafiə edən bir hərbçi olduğunu hamı başa düşür. Ona görə də nə onu yerindən tərpədə, nə də bir şey edə bilirlər. O vaxtı Daşaltı döyüşlərində onun rolunu, nələr elədiyni hamı bilir. Zaman-zaman Rusiyanın agentlərini çıxardırlar, onu müdafiə elətdirirlər. İki qardaşın bir düşmən dövlətdə orduya rəhbərlik edir, biri də Azərbaycanda. Sən bunu nə cür yoza bilərsən? Vaxtilə Rusiya bütün xalqları, o cümlədən Axska türklərini, polyakları və bəzi xalqları sürgün edirdi ki, müharibədir. Ola ilsin ki, bu xalqın bir nümayəndəsi birdən müharibədə düşmən tərəfə keçər. Burada isə iki qardaş, biri burada, biri də orada orduya rəhbərlik edir. Sən bunu işdən çıxartmırsan. Deməli, sən özün siyasi iradə nümayiş elətdirmirsən, - Faktiki olaraq bu gün də Nəcməddin Sadıqovun nazirdən üstün səlahiyyətlərə malik olduğu haqqında iddialar var. Belə bir durumda Azərbaycan ordusunun NATO-ya inteqrasiyası mümkündürmü? (Ardı var) Şamo EMİN, Hurriyyet.org