​Azərbaycanda neft şirkətinin işçisi özünü öldürdü - YENİLƏNİB

Baxış sayı:
8242

Siyəzən rayonunda intihar hadisəsi qeydə alınıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, rayonun Məşrif kəndində yaşayan 40 yaşlı Məkan Əliyev özünü yaşadığı evinin eyvanında asıb. Onun asılı vəziyyətdə qalmış meyiti ailə üzvləri aşkarlayıb.
Bildirilir ki, M.Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Siyəzənneft" Neft-Qaz Çıxartma İdarəsində işləyib və 2 uşaq atasıdır. Onun həyat yoldaşı məktəbdə müəllim işləyir və işdən evə gələrkən həyat yoldaşının özünü asdığını görüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Siyəzən rayonunda intihar hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Məşrif kəndində qeydə alınıb.
Kənd sakini, 1979-il təvəllüdlü Məkan Əliyev özünü yaşadığı evinin eyvanında asıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.