​Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 2 ölü, 4 yaralı

Baxış sayı:
6547

Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.
APA-nın məlumatına görə, hadisə rayonun Gərgər kəndində baş verib.
Hərəkətdə olan iki VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər - 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər.
Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.