Azərbaycanda 16 yaşlı qız hamilə qaldı

Baxış sayı:
11437

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.
Muxalifet.az
Trend-ə istinadən xəbər verir ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.
Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.
Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.
Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.