Azərbaycanda 1 milyon manatlıq yanğın - VİDEO
16-07-2019 19:29
Baxış sayı:
10312

Bu gün Sabirabad rayonunda baş verən güclü yanğın nəticəsində 10-a yaxın mağaza yanaraq kül olub.
Kafe, ərzaq və paltar mağazası tipli obyektlər yanıb.
İlkin məlumata görə, ümumi zərər təxminən 1 milyon manatdır. Bazarda cəmi dörd mağazanın sığortasının olduğu müəyyən olub. Araşdırma aparılır./Qafqazinfo