Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri başladı

Baxış sayı:
10582

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayır. 
Muxalifet.az-ın məlumata görə, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər. 
Qeyd edək ki, təlim sentyabrın 6-dək davam edəcək.