Azərbaycan şəhərində “Mənim eşqim - Ermənistan!” bayraq fleşmobu keçirildi... - FOTO

Baxış sayı:
5340

Görəsən, bu saat neçə məmurumuz bayrağımız altında rüşvət barədə yox, Qarabağ haqda düşünür?...

Dünən axşam - bizlər Bakıda, Gəncədə, Bərdədə, Şəkidə... arın-arxayın gəzərkən, "vatsap"da-filanda boş-boş söhbətlər edərkən, kafelərdə yeyib-içərkən Azərbaycanın işğal altındakı Xankəndi şəhərində Ermənistan və Qarabağdakı erməni dığa və axçikləri tərəfindən  fleşmob təşkil edilib.
Muxalifet.az moderator.az-a istinadən xəbər verir ki,  separatçı saytların yaydığı məlumata görə, “Mənim eşqim- Ermənistan” adı altında keçirilmiş fleşmobda Xankəndinin mərkəzi meydan və küçələrində işğalçı ölkənin 150 metrlik bayrağı nümayiş etdirilib.  Təşkilatçıların bu gün Şuşa və “Tiqranakert” adlandırılmış Şahbulaqda müharibə “qəhrəmanlar”ı və keşişlərlə görüşləri gözlənilir...
P.S. Görəsən, bu saat  neçə məmurumuz kabinetində, bayrağımız altında əyləşib bu gün rüşvət, hardan qazanc əldə edəcəyi barədə yox, Qarabağ haqda düşünür?...