Azərbaycan prezidenti Putinlə görüşəcək – MOSKVADA
13-06-2018 13:33
Baxış sayı:
7213

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada görüşəcəklər.
Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, V.Putin Moskvada həmçinin digər ölkələrin, o cümlədən Ermənistan, Boliviya, Livan, Belarus və Səudiyyə Ərəbistanının liderləri ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. O, iyunun 14-də "Lujniki" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.