​Azərbaycan Premyer Liqası başladı: İki oyunda 5 qol

Baxış sayı:
4861

Fevralın 2-də Azərbaycan Premyer Liqasının XV turunun növbəti oyunu keçirilib.
Muxalifet.az xəbər verir ki, günün ikinci qarşılaşmasında "Keşlə" "ASK Arena"da "Səbail" komandasını qəbul edib. Görüş qonaqların 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Səbaillilərin heyətində Kevin Kubemba (14), Elvin Yunuszadə (53) və Ağabala Ramazanov (59) fərqləniblər.
Xatırladaq ki, ilk matçda "Zirə" doğma meydanda "Sabah"a məğlub olub (0:2).
Turun digər qarşılaşmaları isə fevralın 3-də keçiriləcək. Günün ilk oyunu saat 14:00-da Qəbələ şəhər stadionunda başlayacaq. Meydan sahibləri “Sumqayıt” ilə qarşılaşacaq. Matçı Əliyar Ağayev idarə edəcək.
XV turun sonuncu və mərkəzi qarşılaşmasında isə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Saat 18:30-da başlayacaq qarşılaşmanın idarə olunması Rəvan Həmzəzadəyə tapşırılıb. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.