Azərbaycan bu sammitə ev sahibliyi edəcək - XİN rəhbəri
26-02-2019 19:02
Baxış sayı:
7726

Bu ilin oktyabr ayında Azərbaycan sədrliyini öz üzərinə götürəcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcək.
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 40-cı sessiyasında deyib.
"İnanırıq ki, Azərbaycanın sədrliyi 2020-ci ildə 65-ci ildönümü İnsan Hüquqları Şurası da daxil olmaqla bir çox BMT platformaları boyunca qeyd olunacaq Hərəkatın təməl prinsiplərinin irəli aparılmasına təkan verəcək.
Fürsətdən istifadə edərək, ölkəmin Qoşulmama Hərəkatının səylərinə sadiqliyini bir daha təsdiq edirəm", - E. Məmmədyarov bildirib.