Axtarış

The search found 105793 results in 0.03 seconds.

Search results

  1. DİN açıq havada siqaret qadağası məsələsinə aydınlıq gətirdi

    Daxili İşlər Nazirliyi açıq havada maskanı çıxarıb siqaret çəkən şəxslərin cərimələnməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    DİN Mətbuat xidmətindən bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz:

    Muxalifet2 - 23-11-2020

  2. Rusiya və Türkiyə arasında fikir ayrılığı – “Türkiyə Qarabağda əlavə müaşhidə məntəqəsi qurmaq istəyir”

    Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı Türkiyə ilə Rusiya arasında fikir ayrılıqları yaranıb. Ziddiyyətlər Türkiyə tərəfinin vahid koordinasiya mərkəzindən asılı olmayan bir müşahidə məntəqəsi açmaq istəyi ilə əlaqədardır.

    Bu məlumatı "Reuters" Agentliyi adını açıqlamadığı bir mənbəyə istinadən yayıb.

    Muxalifet2 - 23-11-2020

  3. AZƏRBAYCAN ORDUSU ŞƏHİD VERDİ: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

    Dağlıq Qarabağ ərazisində minanın partlaması nəticəsində Azərbaycan Silahlı qüvvələrinin hərbçisi şəhid olub.

    Bu barədə “RİA Novosti” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

    Hadisənin cəsədlərin axtarışı zamanı baş verdiyi bildirilir.

    Suqovuşan ərazisi yaxınlığında minanın partlaması nəticəsində həmçinin bir Rusiya sülhməramlısı və dörd erməni hərbçi yaralanıb.

    Yaralı rusiyalı hərbçi Bakıya gətirilib. Yaralının həyatı üçün təhlükə olmadığı bildirilir.

    Muxalifet2 - 23-11-2020

  4. "Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" - Yaqut Qarayeva

    Hazırda əvvəlki dövrlə müqayisədə süni tənəffüs aparatına qoşulanların sayı daha çoxdur.

    Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva koronavirus xəstələri barədə danışarkən deyib.

    Onun sözlərinə görə, səbəb xəstəliyin birbaşa tənəffüs sisteminə təsir etməsidir:

    Təəssüf ki, insanlar özləri də, bəzən həkimlər də xəstəyə ilkin mərhələdə antibiotiklər təyin edir. Bu, yanlışdır. Xüsusi ağırlaşma olmazsa, antibiotikdən qaçmaq lazımdır".

    Muxalifet4 - 24-11-2020

  5. "ŞƏRTLƏRİMİ QƏBUL ETMƏSƏYDİLƏR, BURADA MƏHV OLACAQDILAR" - İlham Əliyev: "Allaha şükür edirəm ki, dualarımı eşidib..." + FOTOLAR / TAM MƏTN

    Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

    Muxalifet4 - 24-11-2020

  6. 28 il əvvəl Kəlbəcəri zəbt etmiş mülki işğalçılar sonuncu salamat evləri yandırır və gedir... - QƏBİR DAŞLARI İLƏ BİRLİKDƏ...

    Kəlbəcərin işğal edilməsindən sonra qanunsuz olaraq ora yerləşmiş mülki erməni işğalçıları salamat qalmış sonuncu evləri də dağıdıb od vurur. Və noyabrın 25-də Azərbaycanın nəzarətinə qaytarılacaq bu əraziləri tərk edir.

    Muxalifet4 - 24-11-2020

  7. Ermənilərin əsir götürdüyü Bayramla bağlı atasından AÇIQLAMA - VİDEO

    “Mənim dövlətə ümidim böyükdür. İnanıram ki, oğlum erməni əsirliyindən azad ediləcək”.

    Baku TV xəbər verir ki, bunu Qarabağ döyüşlərində əsir düşnən 28 yaşlı Gəncə şəhər sakini Bayram Kərimovun atası Yaşar Kərimov bildirib. 

    Onun sözlərinə görə, oğlunun əsir düşməsini sosial şəbəkələrdə yayılan videodan bilib. 

    Muxalifet4 - 24-11-2020

  8. Milli Məclisdə polietilen torbaların satışını qadağan edən layihə təsdiqləndi - VİDEO

    Milli Məclisin payız sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

     “Report” xəbər verir ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.

    Muxalifet4 - 24-11-2020

  9. Azərbaycan neftinin qiyməti sürətlə bahalaşır...

    Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

    Muxalifet4 - 24-11-2020

  10. Şəhid polkovnik Babək Səmidli dəfn olunub - FOTO

    Polkovnik Babək Səmidli dəfn olunub.

    APA-nın məlumatına görə, B.Səmidli doğulduğu Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak ediblər.

    Mərasimdə çıxış edənlər - Müdafiə Nazirliyinin nümayəndələri, döyüş yoldaşları B.Səmidlinin şücaətindən, qəhrəmanlığından, döyüş yolundan danışıblar.

    Sonda korpus komandiri, general-mayor Hikmət Həsənov B.Səmidlinin tabutu bükülmüş bayrağı onun oğlanlarına verib.

    Muxalifet4 - 24-11-2020

  11. “Azərbaycana həm döyüş meydanında, həm də diplomatiya masasında tam dəstək verdik” - ÇAVUŞOĞLU

    “Təəssüflər olsun ki, bölgəmizdəki ixtilaflar durulmur. Bunun son nümunəsi bir qayda olaraq “dondurulmuş” olaraq qiymətləndirilən Dağlıq Qarabağ münaqişəsinin alovlanması oldu”.
    Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

    Muxalifet4 - 24-11-2020

  12. Cəlilabadda şəhid əsgərlə vida mərasimi keçirilir - FOTO

    Cəlilabad rayonunda şəhid əsgər Bilal Novruz oğlu Rzayevlə vida mərasimi keçirilir.

    Doğulduğu Alar kəndindəki evində baş tutan tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və yaxınları iştirak edirlər.

    Şəhid Alar kənd qəbiristanlığında dəfn ediləcək.

    Muxalifet4 - 24-11-2020

  13. Şuşa şəhərinin havadan görüntüsü yayıldı - VİDEO

    Müdafiə Nazirliyi Şuşa şəhərinin havadan videogörüntüsünü yayıb.

    Muxalifet.az həmin görüntünü təqdim edir:

    Muxalifet2 - 24-11-2020

  14. SABİQ İCRA BAŞÇISI HAQDA MƏHKƏMƏ QƏRARI... - Vilyam Hacıyevin iddiası təmin edilmədi

    Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiəçisinin verdiyi vəsatətə baxılıb.

    Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Muxalifet2 - 24-11-2020

  15. AZƏRBAYCANDA KORONAVİRUS ŞOKU! - Yoluxanların sayı dəhşətli həddə artdı; daha 34 nəfər öldü

    Azərbaycanda koronavirus infeksiyasına 3 646 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Muxalifet2 - 24-11-2020

  16. "SEVİL ZÜLFÜQAROVA RƏHBƏRLİK ETDİYİ QURUMU "AİLƏ ŞİRKƏTİ"NƏ ÇEVİRMİŞDİ" - AMEA sabiq direktorun iddialarını əsassız hesab edir / BƏYANAT

    "Sevil Zülfüqarova rəhbərlik etdiyi qurumun ailə şirkəti deyil, dövlət büdcəsindən maliyyələşən təşkilat olduğunu unutmuş, qayınanası 66 yaşlı Zemfira Zamanovanı, qızı ikinci kurs tələbəsi Könül Hüseynovanı, bacısı qızları, müvafiq olaraq ikinci və üçüncü kurs tələbələri Duyğu Məmmədovanı və Həmidə Məmmədovanı, bacısının əri Sabir Məmmədovu, yaxın rəfiqəsi Hicran Məmmədlini işə götürmüşdür"

    Muxalifet2 - 24-11-2020

  17. MƏŞHUR AKTYOR VƏFAT ETDİ - Bu gün xəstəxanaya yerləşdirilmişdi...

    Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Əjdər Həmidov vəfat edib.

    Bu barədə "Report"a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından məlumat verilib.

    Bildirilib ki, aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu gün xəstəxanada vəfat edib.

    Muxalifet2 - 24-11-2020

  18. ​Putin Əliyevlə Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə etdi

    Rusiya Prezidenti Vladimir Putin son iki gündə Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında Rusiya sülhməramlılarının fəaliyyəti, Dağlıq Qarabağda humanitar yardımın göstərilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

    Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

    Muxalifet2 - 24-11-2020

  19. Ermənilər Kəlbəcəri tərk etməzdən əvvəl hərbi hissəni partlatdılar - VİDEO

    Kəlbəcər rayonunu Azərbaycana təhvil verməli olan Ermənistan ordusunun artıq son bölmələri bölgəni tərk edir.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Bildirilir ki, düşmən “ənənəsi”nə sadiq qalaraq Kəlbəcərdə növbəti partlayış və yanğınlar törədir.

    Ermənilər bu dəfə üçtərəfli bəyanata əsasən Azərbaycanın nəzarəti altına keçməli olan hərbi hissənin kazarmalarını və hərbi hissə binalarını partladıblar. Onlar açıq-aşkar bəyan ediblər ki, partlayışı törətməkdə məqsədləri hərbi hissənin Azərbaycanın nəzarətinə keçməsinə imkan verməməkdir.

    Muxalifet2 - 24-11-2020

  20. Prezident İlham Əliyev xalqa müraciət edir - VİDEO / YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edir.
    Muxalifet.az müraciəti təqdim edir:

    ***
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
    Muxalifet.az xəbər verir ki, müraciət saat 12:00-da yayımlanacaq.
     

    Muxalifet2 - 25-11-2020

Pages