Axtarış
The search found 105785 results in 0.072 seconds.
Search results
“Ukraynaya silah verməyi nəzərdən keçiririk” - ABŞ MÜDAFİƏ NAZİRİ
ABŞ müdafiə naziri Ceyms Mettis Ukraynaya müdafiə təyinatlı letal (öldürücü) silahların verilməsini nəzərdən keçirdiklərini açıqlayıb.
Muxalifet - 24-08-2017
Mehman Əliyev saxlanıldı – "TURAN"ın DİREKTORU TƏCRİDXANAYA APARILDI
19:46
Contact.az saytının məlumatına görə, Turan agentliyinin direktoru Mehman Əliyev 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələr üzrə şübhəli şəxs kimi saxlanılıb. O, Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayon polis idarəsinə aparılıb və hazırda oradadır. Ona dövlət vəkili təklif ediblər. Amma Əliyev imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.
48 saat ərzində o, qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılmalıdır.19: 21
Muxalifet2 - 24-08-2017
“Yeni Elçibəyə gərək yoxdur, müxalifətin lider problemini həll etmək lazımdır"
“Milli demokratik müxalifətin bir lider problemi var, bunu görməməzlikdən gəlmək mümkün deyil. Müxalifətin lider probleminin həllini tapmaq lazımdır”.
Bu sözləri Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn mərhum prezident Əbülfəz Elçibəyin vəfatının 17 illiyi, eləcə də müxalifətin hazırkı durumu və digər məsələlərlə bağlı mövqeyini “Yeni Müsavat”a bölüşərkən deyib. Onun sözlərinə göə, “bu gün yeni bir Elçibəy lazımdır” yanaşmasının əleyhinədir və bunu doğru saymır: “Hər şeydən əvvəl ona görə ki, bu mümkün deyil və buna gərək də yoxdur”.Muxalifet - 24-08-2017
Mehman Əliyev həbs olunmayıb, amma... - AÇIQLAMA
“Turan” agentliyinin direktoru Mehman Əliyevin həbs edildiyi haqda xəbər yayılıb.
“Turan” agentliyinin əməkdaşları məlumatı dəqiqləşdirmək üçün Mehman Əliyevlə əlaqə yaratmağa çalışıblar. Agentliyin əməkdaşı Mehman Əliyevin özü ilə telefon bağlantısından sonra bildirib ki, yayılan xəbər doğru deyil, o, hazırda vəkililə birlikdə Vergilər İdarəsindədir, cinayət işi ilə bağlı ifadə verir. Agentlikdə prosesin sonunu gözləyirlər.Muxalifet - 24-08-2017
NAXÇIVANIN “BOZ KARDİNALI” DA “VURULUR”!? – Vasif Talıbovdan sonra ən təsirli fiqur ətrafında nə baş verir?
Naxçıvan hakim elitasında xüsusi xidmət naziri Vəli Ələsgərovun işdən çıxarılması və daha sonra həbsi ilə başlayan “fırtına”, belə görünür ki, hələ bir müddət də davam edəcək. Bu dalğa MR elitasının, demək olar ki, bütün ağır çəkili fiqurlarını bu və ya digər dərəcədə “yerindən tərpədib”. Məlum olduğu kimi, xüsusi xidmət nazirinin ardınca Naxçıvan hakimiyyətində xüsusi çəkisi ilə fərqlənən polis naziri Əhməd Əhmədov da bugünlərdə vəzifəsini itirdi.
Muxalifet2 - 24-08-2017
"Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib" – VƏKİL
"Turan" agentliyinin direktoru Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib.
Bu barədə Turan-a vəkil Fuad Ağayev bildirib.
O qeyd edib ki, cümə axşamı günü saat 15:00-da Apellyasiya Məhkəməsində agentliyin Nəsimi rayon məhkəməsinin agentliyin ofisində axtarış aparılması haqqında qərarından verdiyi şikayətə baxılıb.
Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İclasdan sonra müstəntiq və prokuror Əliyevə “40 dəqiqəlik dindirmə” üçün birlikdə Vergilər Nazirliyinin Vergi Cinayətləri Departamentinə getməyi təklif ediblər.Muxalifet - 24-08-2017
“Mehman Əliyev Azərbaycan jurnalizminin pioneridir” – SƏRHƏDSİZ REPORTYORLAR
Sərhədsiz Reportyorlar təşkilatı Turan informasiya agentliyinin direktoru Mehman Əliyevin "qondarma vergidən yayınma" ittihamları ilə həbs edilməsini pisləyir. Bu barədə bəyanat yaymış təşkilat Əliyevin həbsini rejimin müstəqil media orqanına qarşı "təqib kampaniyasının eskalasiyası" kimi qiymətləndirib.
Təşkilat Mehman Əliyevə qarşı basqıların ayın əvvəlində başlandığını bildirib. "Vergidən yayınma və səlahiyyətlədən sui-istifadə etmə" ittihamları ona qarşı irəli sürülməzdən öncə Əliyev Vergilər Nazirliyinə çağrılmış və dindirilmişdi.Muxalifet2 - 24-08-2017
Polisə aparılan Mehman Əliyevin fotosu yayıldı
Hazırda saxlanması xəbəri yayılan "Turan" agentliyinin rəhbəri Mehman Əliyevin son fotosu yayılıb.
Musavat.com xəbər verir ki, bu fotonu jurnalist Ramin Deko özünün Facebookdakı səhifəsində paylaşıb. Jurnalist bildirir ki, Mehman Əliyevi Yasamal rayon polis idarəsinə gətiriblər.Muxalifet2 - 25-08-2017
Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.
Vəkil Fuad Ağayev APA-ya bildirib ki, M. Əliyev bu gün Vergilər Nazirliyi Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə çağırılıb.
Vəkil qeyd edib ona qarşı vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb, barəsində cinayət işi başlanıb.
M. Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib.
O, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə aparılıb.Muxalifet2 - 25-08-2017
“Əgər aztəminatlı ailələrin övladlarının ali təhsilə yolu kəsiləcəksə…”
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi barədə verdiyi açıqlamalar narazılıqla qarşılanır.
DİM sədri deyib ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər:Muxalifet - 25-08-2017
“Yəni mən bu qədər qudurmuşam?” - Astan Şahverdiyev
Deputat Astan Şahverdiyev daha bir açıqlaması ilə cəmiyyətin qəzəbinə tuş gəlib. Bundan əvvəl o, Rusiyaya işləməyə gedənləri "otxod” adlandırmış, ardınca baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin "Mercedes Gelandewagen” avtomobili ilə qəza törətməsini danaraq, onu müdafiə eləmişdi.
Muxalifet - 25-08-2017
Türk ləhcəsi olanlar işə götürülməyəcək – YENİ QADAĞA
İran Təhsil Nazirliyi müəllimlərlə bağlı yeni meyarlar təyin edib.
Təhsil Nazirliyinin bu bəyanatı “Fars” xəbər agentliyində dərc olunub. Bəyənata əsasən, İran Təhsil Nazirliyinin yeni qanunlarına əsasən, türk (Azərbaycan) ləhcəsində danışan, bir sıra xəstəliklərdən əziyyət çəkən şəxslər müəllim ola bilməyəcək.
Bəyanatda ləhcəsi olan insanlar əsəb və psixoloji xəstəliyi olan şəxslər kimi qələmə verilib:Muxalifet - 25-08-2017
PREZİDENTİN MÜDAXİLƏSİ GÖZLƏNİLİR! - “Turan”ın ətrafında nə baş verir və Mehman Əliyev sərbəst buraxılacaqmı?
“Turan” agentliyinin rəhbəri Mehman Əliyevin saxlanılması məsələsinə Prezident İlham Əliyevin müdaxiləsi gözlənilir. Bu barədə “AzPolitika”ya məlumatlı mənbə xəbər verib. “Çox böyük ehtimalla, Mehman Əliyev Prezidentin müdaxiləsi ilə sərbəst buraxılacaq” – mənbə bildirib.
Muxalifet2 - 25-08-2017
Hüquq müdafiəçiləri Mehman Əliyev üçün toplaşdı
Azərbaycanın tanınmış hüquq müdafiəçiləri Novella Cəfərova, Səidə Qicamanlı. Səadət Bənənyarlı, Əliməmməd Nuriyev, Eldar Zeynalov, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Zaliha Tahirova, Əvəz Həsənov "Turan" İA-nın direktoru Mehman Əliyevin saxlanması ilə bağlı dəyirmi masa keçirir.
Muxalifet2 - 25-08-2017
Mehman Əliyev məhkəməyə aparıldı
"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.
Vəkil Fuad Ağayev bildirib ki, M. Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Vəkilin sözlərinə görə, M. Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.Muxalifet - 25-08-2017
Tanınmış yazıçıdan Mehman Əliyevin həbsinə etiraz - “HAZIRKI DURUM UTANDIRICIDIR”
Çingiz Hüseynov: ““Turan” azad sözü qoruyan, Azərbaycanın söz simasını rəngləndirən möhtəşəm saytdır”
Muxalifet2 - 25-08-2017
“Mehriban Əliyevanın Prezident seçilməsi üçün xalqa müraciət edə bilərəm” – SENSASİON MÜSAHİBƏ
Ayaz Mütəllibov: “Azərbaycanda keçirilən seçkilərdə Rusiya amili heç vaxt rol oynamır”Müstəqil Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov “Ölkə.Az” xəbər portalına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
“Azərbaycanda keçirilən seçkilərə heç kəs mane ola bilməz”
Muxalifet2 - 25-08-2017
“İlkin Rüstəmzadə beynəlxalq təşkilatlara görə hiddətli və məyusdur”
Vəkil Fariz Namazlı 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan müvəkkilləri – 2013-cü ildə “Əsgər ölümlərinə son!” aksiyasının təşkilinə görə həbs olunan fəal İlkin Rüstəmzadə, Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan dərhal sonra narkotik ittihamı ilə tutulan Bayram Məmmədov və “facebook” səhifəsində paylaşdığı statusa görə həbs edilən NİDA-çı fəal Elgiz Qəhrəmanla görüşüb.
Muxalifet - 25-08-2017
Mehman Əliyevə 3 ay HƏBS VERİLDİ
Bu gün Yasamal Rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi tədimata baxılıb.
Muxalifet.az xəbər verir ki, məhkəmə təqdimatı təmin edib.
Qərara əsasən, M.Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Muxalifet2 - 25-08-2017
Fəzail Ağamalı “Şöhrət” ordeni ilə təltif edildi
Fəzail Ağamalı “Şöhrət” ordeni ilə təltif edilib.
APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, F. Ağamalı Ana Vətən Partiyasının sədri, deputatdır.Muxalifet2 - 25-08-2017