Axtarış
The search found 106385 results in 0.02 seconds.
Search results
Prezident və xanımından Zabit Səmədova DƏSTƏK - FOTO
“Mauqli” ləqəbli məşhur kikboksçu Zabit Səmədov Bakıda idman zalı açıb.
Bu barədə idmançı Instagramda məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və 1-ci vitse prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə yaradılmış "Zabit Səmədov” döyüş klubuna 23.01.2019-cu il tarixindən etibarən müxtəlif idman növləri üzrə məşqlərə qeydiyyat başlayır.
Qeyd edək ki, Zabit Səmədov kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olub.
Yeni açılan "Zabit Səmədov” döyüş klubunun fotolarını təqdim edirik:/Publika.azMuxalifet - 22-01-2019
PKK/YPG daha bir yeri işğal etdi!
Terror təşkilatı YPG/PKK ABŞ-ın dəstəyi ilə təşkil etdiyi hücumlar nəticəsində Deyrizorun Bəzəyə mahalını də işğal edib.
YPG/PKK 8 gün davam edən toqquşmalar nəticəsində dünən gecə Bəzəyə mahalını ələ keçirib.
Beləliklə də İŞİD Bagoz mahalına sıxışdırılıb.Muxalifet3 - 22-01-2019
Qubada DƏHŞƏTLİ HADİSƏ: Avtomobil insanların üstündən keçdi
Ötən gün saat 19 radələrində Qusar şəhəri F.Musayev küçəsi ilə Dağıstan küçəsinin kəsişməsində ölümlə nəticələnən yol qəzası baş verib.
Muxalifet - 22-01-2019
Emin Ağalarov həbs qorxsundan ABŞ-a getmədi - Pop ulduz pərəstişkarlarına "özümə nifrət edirəm" mesajını ünvanlayıb
ABŞ Prezidenti Donald Tramp ilə sıx əlaqələri olan rusiyalı pop star, azərbaycanlı Emin Ağalarov Birləşmiş Ştatlara səfərini təxirə salıb. Onun agenti bunu Ağalarovun xüsusi prokuror Robert Müller ilə işləyən FTB (FBI) agentləri tərəfindən həbs olunma ehtimalı ilə əlaqələndirib.
Qeyd edək ki, Ağalarovun 2016-cı ildə “Trump Tower”-də rusiyalılarla görüşü təşkil etdiyi bildirilir. Müller isə Trampın seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyini araşdırır.
Muxalifet - 22-01-2019
Əli Həsənov “Qaçkınkom”dakı yoxlamalara aydınlıq gətirdi
Baş nazirin müavini Əli Həsənov Hesablama Palatasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində apardığı yoxlama və yol verilmiş qanunsuzluqlarla bağlı materialların Baş Prokurorluğa göndərilməsinə aydınlıq gətirib.
Muxalifet - 22-01-2019
Ramil Usubov qərar verdi - Texniki baxış talonların verilməsinə başlanır
Daxili İşlər Nazirliyinin Kollegiyası "Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edib. Daxili işlər naziri Ramil Usubovun imzaladığı qərar yanvarın 19-dan qüvvəyə minib. Beləliklə, bundan sonra texniki baxış zamanı nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş veriləcək və həmin nasazlıqların aradan qaldırılması tövsiyə olunacaq.
Muxalifet - 22-01-2019
Azərbaycanlı aparıcı dələduzluqda ittiham olunur
Əgər kimsə müsabiqənin adından istifadə edib pul tələb edərsə, insanları həmin şəxslərə aldanmamağa çağırıram. Çünki biz heç kimdən bir qəpik də almayacağıq.
Muxalifet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri “Sinema güzeli” yarışmasının layihə rəhbəri, aparıcı Aysel Nazim fırıldaqçılıq ittihamları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Aparıcı bildirib ki, bu ildən etibarən Azərbaycanın da qoşulduğu müsabiqə seçimləri ödənişsizdir və heç kimdən pul alınmayacaq:Muxalifet - 22-01-2019
“Kürdlərə ən böyük təhlükə PKK/PYD-dir” – Kürd lider
Suriyalı müxalif kürd liderlərdən Abdülhekim Bəşşar, "Kürdləri İŞİD-dan sonra gözləyən ən böyük təhlükənin YPG/PKK olduğunu" söyləyib. Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasında (SMDK) Suriya Kürd Milli Şurasını (ENKS) təmsil edən Abdulhekim Bəşşar, TRT World-ə verdiyi açıqlamada, doğulduğu Qamışlıda yaşadığı dövrdə YPG/PKK-nın onun öldürülməsi üçün sözdə qərar çıxardığını söyləyib. “Onlar kürdlərə Əsəd rejimindən daha çox zərər verdi" deyən Bəşşar, "PYD ərəblər və kürdlər arasında bölünməyə səbəb oldu" deyə bildirib.
Muxalifet3 - 22-01-2019
Bayram Səfərov BAHALI AVTOMOBİLİNDƏN DANIŞDI: “Axı mənim yanımda Tramp kimdir?” - FOTOLAR
Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan "Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb.
İcra başçısı Bayram Səfərov Demokrat.Az-a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:
"Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”
Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli "Lincoln MKS” model avtomobili verilib.Muxalifet - 22-01-2019
AQTA-dan vacib açıqlama - "Bu maddənin çörəklərə əlavə edilməsi..."
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satışa çıxarılan bəzi çörəklərin xəmirinin tərkibinə qlüten adlı maddənin əlavə edilməsinə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, AQTA-dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qlüten dənli bitkilərdə, xüsusilə də buğdanın tərkibində olan elastik protein qrupundan olan zülaldır. Qida məhsullarının tərkibində istifadə etmək üçün heyvan mənşəli jelatinin ən əhəmiyyətli alternativi hesab edilir. Dad, qoxu və ləzzət baxımından xoşagələn, iqtisadi baxımdan isə qənaətlidir.Muxalifet - 22-01-2019
“Gəlmə, xüsusi prokurorun agentləri səni həbs edəcək...” - EMİN AĞALAROV BELƏ XƏBƏRDARLIQ ALDI, SƏFƏRDƏN İMTİNA ETDİ
ABŞ prezidenti Donald Trampla əvvəllər sıx əlaqələrə malik olmuş müğənni və biznesmen Emin Ağalarov Birləşmiş Ştatlara bu ayın sonuna planlaşdırdığı konsert turnesini ləğv edib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb Emin Ağalarovun amerikalı agentinin ona göndərdiyi xəbərdarlıq mesajı olub. Mesajda deyilir ki, xüsusi prokuror Robert Müller üçün işləyən FTB agentləri onu ABŞ-da həbs edə bilərlər.
Muxalifet4 - 22-01-2019
Aclıq etdiyi iddia olunan məhbusların bəzilərinin yeri dəyişdirilib?
Muxalifet4 - 22-01-2019
Bakıda mənzili qarət edən oğru ev sahibini BIÇAQLADI
Bakıda ev sahibi oğru tərəfindəın bıçaqlanıb. Unikal.org-un məluatına görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. Zığ qəsəbəsi, Xanlar küçəsi, nömrəsiz evdə yaşayan, 1995-ci il təvəllüdlü Heydərli Əli Mahir oğlunun evinə pəncərəni sındırmaq yolu ilə oğru daxil olub. Mənzildən gümüş bəzək əşyaları və 20 manatı oğurlayan naməlum şəxs ev sahibi ilə rastlaşıb. Oğru ev sahibini qolundan bıçaqlayaraq hadisə yerindən qaçıb. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.
Muxalifet - 22-01-2019
TÜRKİYƏDƏ SEÇKİ BİABIRÇILIĞI: "165 yaşlı seçici" və 1 mənzildə 1000 nəfərin qeydiyyatda olması
Seçici siyahılarında minlərlə şübhə doğuran seçicinin peyda olması Türkiyə siyasi partiyalarının qəzəbinə səbəb olub. Qəribəliklər sırasında ilk dəfə səs verənlər arasında yaşı 100-dən yuxarı olan seçicilərin çox sayda olması qeyd olunub, belələrindən birinin isə 165 yaşı var. Müxalifət partiyaları eləcə də bildiriblər ki, bir mənzildə 1000-dən çox seçicinin qeydə alındığı aşkar olunub. Bu faktlar mart ayında keçiriləcək yerli seçkilər ərəfəsində açıqlanıb.
Muxalifet4 - 22-01-2019
AŞPA-nın qış sessiyası başlayıb
Yanvarın 21-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başçılıq edir. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər.
Qış sessiyası 5 gün davam etməlidir.
Muxalifet4 - 22-01-2019
Rusiya ABŞ-ın məhv edilməsinə 20-25 dəqiqə vaxt verdi
Rusiya hələ “Avanqard” hipersonik kompleksinin Silahlı Qüvvələrdə meydana çıxmasından əvvəl ABŞ-la müharibəyə hazır idi.
Bu haqda TVS telekanalın efirində politoloq və şərqşünas Yevgeni Satanovski bildirib.
ABŞ və Rusiya arasında silahlı konfliktin baş vermə ehtimalını qiymətləndirən ekspert 2018-ci ilin martında ABŞ-ın Suriyanı növbəti raket zərbəsi ilə hədələməsini, ardınsa Rusiya prezidenti Vladimir Putinin xəbərdarlığını xatırladıb.
Muxalifet4 - 22-01-2019
Rəqsanə yeni doğulan qızını göstərdi - VİDEO
Müğənni Rəqsanə İsmayılova yeni doğulan övladının üzünü göstərib.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, sənətçi proqramda qonaq olan qızı Aysun üçün "Zaurla Günaydın" verilişinə video görüntü ilə zəng edib.
Söhbət zamanı aparıcı Zaur Baxşəliyev ondan evini və yeni doğulan qızını göstərməsini istəyib. Rəqsanə əvvəlcə uşağın üzünü əli ilə tutub, daha sonra isə əlini çəkib.
Müğənni bildirib ki, qızı Mehrimah evdədir. Oğlu Muhəmməd isə hələ də xəstəxanadadır.
Videonu izləmək üçün şəklə klikləyin:Muxalifet - 22-01-2019
ABŞ tarixinin ən sensanion sui-qəsdləri yenidən araşdırılır - Ölümlərin arxasında ABŞ kəşfiyyatı var?
ABŞ tarixinin ən sensasion sui-qəsdləri ötən əsrdə baş vermişdi. XX əsrdə Martin Luther King, John F. Kennedy, Robert F. Kennedy, Malcolm X və Tupac Shakur kimi ABŞ və dünya ictimayətinin daim diqqət mərkəzində saxladığı, xalq arasında böyük nüfuzu olan və müəyyən bir ideologiyanın daşıyıcısı hesab edilən şəxslər müxtəlif metodlarla öldürüldülər. Sözügedən şəxsləri qətlə yetirənlərin kimliyi istintaq nəticəsində müəyyən edilsə də bu şəxslərə sui-qəsd əmrlərinin kim və ya kimlər tərəfindən verildiyi illərdir müzakirə edilir.
Muxalifet - 22-01-2019
Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq
Bu həftə Azərbaycanın orta məktəblərində qış tətili başlayır.
Open.az xəbər verir ki, 2018-2019-cu dərs ilinin 5 günlük tətilinə yanvarın 27-də start veriləcək.
Tətil yanvarın 31-dək davam edəcək. Fevralın 1-də dərs olacaq.
Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.Muxalifet - 22-01-2019
Az əvvəl rəhmətə gedən anasını təhqir etmişdi, indi Mehmanı tanımadığını iddia edir - DEPUTAT ARAZ ƏLİZADƏDƏN TƏZADLI AÇIQLAMA
Xəbər verdiyimiz kimi, yanvarın 21-də həbsdə olan blogger Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.
Muxalifet.az xəbər verir ki, bununla bağlı big.az deputat Araz Əlizadənin fikirlərini öyrənməyə çalışıb. Millət vəkili Mehman Hüseynovu tanımadığını bildirib:
"Cənab prezidentimiz alicənab, xeyirxahdır. O, hər zaman insanlara mərhəmət göstərir. Arzu edərdim ki, çoxları ondan nümunə götürsün. Mən Mehman Hüseynovu tanımıram. Məhz ona görə onun haqqında heç bir proqnoz verə bilmərəm".Muxalifet4 - 22-01-2019




















