Axtarış
The search found 105706 results in 0.009 seconds.
Search results
Azərbaycanda inflyasiya zəifləyəcək - BMT
BMT-nin İqtisadi-sosial komissiyası ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artımın müsbət dinamika nümayiş etdirəcəyini proqnozlaşdırır.
BMT 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının 0,2%, 2018-ci ildə isə 1,2% artacağını güman edir.
Komissiyanın ekspertləri hesab edir ki, iqtisadi artım inflyasiyanın azalması ilə müşahidə olunacaq: "Lakin 2017 və 2018-ci illər üçün müvafiq olaraq proqnozlaşdırılan 7,9% və 5,8% göstəriciləri sonuncu dəfə proqnozlaşdırılan rəqəmdən daha yüksəkdir".Muxalifet - 1-05-2017
Moskva Suriyanın 4 yerə bölünməsini təklif etdi - MƏNBƏ
Rusiya Suriyanın ərazisində gərginliyin azaldılması üzrə dörd zonanın yaradılması təklifi ilə çıxış edib.
Bu haqda “RİA-Novosti” agentliyinə Suriya müxalifətindəki mənbə bildirib.
Bu zonalar İdlib vilayəti, Xoms şəhərinin şimalı, Şərqi Guta və ölkənin cənubudur. Suriya böhranının tərəfləri arasında birbaşa qarşıdurmanın olmaması üçün bu zonalar arasında təhlükəsizlik xətləri yaradılır.Muxalifet - 1-05-2017
Dünyanın ən yaşlı adamı vəfat etdi
İndoneziyada dünyanın ən yaşlı adamı 146 yaşında vəfat edib.
Hamının Qoto baba kimi tanıdığı Saparmen Sodimenco aprelin əvvəlində səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada bir neçə gün qaldıqdan sonra o, evə buraxılmasını tələb etmişdi.
146 yaşında vəfat etməsinə baxmayaraq, dünyanın ən yaşlı adamı adı rəsmi şəkildə ona verilməmişdir. Belə ki, Qotonun dəqiq yaşını müəyyənləşdirmək qeyri-mümkündür. Çünki onun doğum tarixi 1900-cu ildən öncəyə təsadüf edir, İndoneziyada isə məhz həmin ildən doğulanların qeydiyyatı aparılmağa başlayıb.Muxalifet - 1-05-2017
Təyyarədən özünü atdı, sağ qaldı
Çinin şimalında təyyarə enərkən ağaca çırpılıb, nəticədə iki nəfər ölüb.
Şanşi əyalətinin Çuvo rayonunda turizm məqsədilə istifadə edilən və içində iki nəfərin olduğu təyyarə eniş edərkən ağaca çırpılıb. Nəticədə iki nəfər ölüb.
Eyni zamanda təyyarənin eniş etdiyi ərazidən bir qədər aralıda daha bir nəfər aşkarlanıb. Məlum olub ki, təyyarədə üçüncü şəxs də varmış və vaxtında özünü yerə ata bilib. Onun xəsarət aldığı bildirilir.Muxalifet - 2-05-2017
Məmurların ən çox gözdən saldığı nazirliklər hansıdır? - ANALİZ
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.
Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi nazirlikler ilə bağlı aprel ayı üzrə məlumatları təqdim edir.Muxalifet - 2-05-2017
Kremlin baş ideoloqu: “Azərbaycanın 5 rayonu qaytarılsa....”
Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması vacib arqumentdir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə rusiyalı politoloq, sosioloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin deyib.
Onun sözlərinə görə, əgər yaxın zamanlarda tərəflər Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması barədə razılıq əldə edə bilsələr, bu Rusiya-Azərbaycan münasibətlərində vacib məqam olacaq: “Bununla belə, Qarabağın özü və digər iki rayonla bağlı vəziyyət daha mürəkkəbdir və bunun üçün daha çox vaxt lazım ola bilər”.
Muxalifet - 2-05-2017
"Kanal 13" TV-nin rəhbərinə 30 sutkalıq həbs verildi
"Kanal 13" İnternet Televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov polis tərəfindən saxlanıb. Modern.az xəbər verir ki, bu barədə onun qardaşı, "Kanal 13"ün təsisçisi Anar Orucov sosial şəbəkədə məlumat yayıb: "Kanal13 internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov mayın 2-də səhər saatlarında həyat yoldaşı və telekanalın redaktoru Lamiyə Çerpanova ilə evdən çıxıb işə gedərkən yolda Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.
Muxalifet - 2-05-2017
“Əli İnsanov qərardan çox narazıdır” - VƏKİL BU GÜN GÖRÜŞƏCƏK
Aprelin 26-da barəsində 7 il 5 gün həbs cəzası oxunan sabiq səhiyyə naziri Əli İnsanov Apelyasiya Məhkəməsinə müraciət edəcək. Hökmdən sonra bir dəfə onunla görüşən vəkili Toğrul Babayev mayın 3-də Ə.İnsanovla növbəti dəfə görüşəcək.
Muxalifet - 3-05-2017
Əli Həsənov: “Bəzi “generallar” Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə ağır zərbə vurdu”
“Onlar nə peşəkar kadra çevrilə bildilər, nə də milli ziyalıların sırasına qoşula bildilər”
Muxalifet - 3-05-2017
DTX rəisi: “İslamiada zamanı təhlükəsizlik təmin olunacaq"
"Azərbaycanlılar təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Şübhəsiz ki, hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti əlindən gələni edir ki, əmin-amanlıq olsun".
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
DTX rəisi IV İslam Həmrəyliyi Oyunlarının çox vacib tədbir olduğunu vurğulayıb: “Azərbaycan prezidenti İlham Əliyev bu ili "İslam Həmrəyliyi ili" elan edib. Bu çərçivədə yarış Azərbaycanda keçiriləcək. Tədbirin təhlükəsizliyi təbii ki, təmin olunacaq"(apa).Muxalifet2 - 3-05-2017
İlqar Əliyev ibtidai istintaqda Eldar Mahmudov və Elçin Quliyevin əleyhinə ifadə verib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, həbsdə intihar etmiş polkovnik İlqar Əliyevin istintaq zamanı verdiyi ifadə məlum olub.
APA-nın məlumatına görə, İ. Əliyev 2015-ci il dekabrın 15-də ifadə verib. Bundan beş gün sonra intihar edib.Muxalifet - 3-05-2017
Gürcüstanda azərbaycanlıları fars adlandıran tarix müəllimi işdən çıxarılıb
Gürcüstanda azərbaycanlı şagirdləri fars adlandıran müəllim işdən çıxarılıb.
Marneuli rayonunun 5 nömrəli beynəlmiləl məktəbin tarix müəllimi Nana Bakuradze azərbaycanlı şagirdlərin milliyyətcə fars olduqlarını söyləyib və onlara millət olaraq yazığı gəldiyini bildirib.
Şagirdlər N. Bakuradzenin dediklərini videoya çəkiblər. Müəllimin dedikləri “Facebook” səhifəsində müzakirələrə səbəb olub. Gürcüstanda yaşayan azərbaycanlı təhsil işçiləri, “Facebook” istifadəçiləri və digərləri N. Bakuradzenin dediklərinə mənfi reaksiya veriblər.Muxalifet - 3-05-2017
"Hafka”nın bankını belə boşaldıblar: Ziya Məmmədov 15 milyon, “Şərurlu İsfəndiyar” 1.1 milyon...
“Hafka” kimi tanınan iş adamı, hazırda müflis vəziyyətdə olan oliqarx Hafiz Məmmədovun bankının (“Bank of Azerbaijan”) müflis olaraq bağlandığı, lisenziyasının alındığı məlumdur.
Virtualaz.org xəbər verir ki, “Bank of Azerbaijan”la bağlı problemin səbəbləri haqda müxtəlif məlumatlar yayılıb. Bir vaxtlar nəqliyyat naziri Ziya Məmmədovla biznes ortağı olan “Hafka”nın digər biznes aktivləri kimi həmin bankın da bu ortaqlığın pozulmasının nəticəsi olaraq çökdüyü haqda danışılıb.Muxalifet - 3-05-2017
“Guya mən 3 polisə xəsarət yetirmişəm...” – İŞ ADAMININ HƏYAT YOLDAŞI PREZİDENTƏ MÜRACİƏT EDİB
Bu gün Ağır Cinayət İşləri üzrə Bakı məhkəməsində iş adamı Barat Abdullayevin öz həyat yoldaşı Təyminə Abdullayevaya qarşı qaldırdığı iddianın növbəti prosesi keçirilib.
Təyminə Abdullayeva isə işin obyektiv aparılması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.
Redaksiyamıza göndərilən müraciəti təqdim edirik:
“Hörmətli Prezident İlham Əliyev cənabları və I vitse-prezident Mehriban xanım Əliyeva!Muxalifet2 - 4-05-2017
DTX generala qarşı 8 milyon iddia qaldırdı
Dövlət Təhlükəsizlik Xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevə qarşı mülki iddia qaldırıb.
Bu barədə Bakı Hərbi Məhkəməsinə daxil olan cinayət işində qeyd olunub.
Bildirilir ki, təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 7.736.058 (yeddi milyon yeddi yüz otuz altı min əlli səkkiz) manatlıq mülki iddia verilib.
Həmin iddia icraata götürülüb və Elçin Quliyev mülki cavabdeh qismində tanınıb.Muxalifet - 4-05-2017
Biznesmenin 14 yaşlı oğlunun eyş-işrət - Fotoları
Mayın 3-də qanunsuz olaraq idarə etdiyi “Porsche” markalı avtomobillə 24 yaşlı qadını vuraraq öldürəın biznesmen oğlu, 14 yaşlı Ağaəli Fərəcovun dəbdəbəli və içki məclislərində keçən həyatından yeni faktlar ortaya çıxıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Fərəcov uzun müddətdir davam etdirdiyi bu “fəaliyyəti”ndə “avtoş”luq, qəlyan çəkmək və spirtli içkilər qəbul etmək əsas yer tutub. Yeniyetmənin gecə həyatından çəkdiyi fotoları təqdim edirik.Muxalifet - 5-05-2017
Rusiya "S-400"-ü neçəyə satmaq istəyir?
Rusiyanın Türkiyəyə satmaq istədiyi “S-400”ün qiyməti məlum olub
Rusiya “S-400” zenit-raket qurğusunu Türkiyəyə 500 milyon dollar satın almağı təklif edib.
RBK xəbər verir ki, bu məlumatı Rusiyanın Müdafiə Nazirliyinə yaxın mənbə təsdiqləyib.
İnformasiyaya əsasən, mayın 3-də Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə “S-400”ə dair məsələni müzakirə edib.
Qeyd edək ki, 2007-ci ildə Rusiya və İran “S-300” raket kompleksi ilə bağlı müqaviləni 900 milyon dollara imzalayıb.Muxalifet - 5-05-2017
AZƏRBAYCANI BÖHRANA SÜRÜKLƏYƏN "MALİYYƏ ÜÇLÜYÜ"
Natiq Cəfərli: “Maliyyə siyasətinə cavabdeh olan qurumlar öz aralarında rəqabət aparır, bunun da əziyyətini bütün ölkə çəkir”
Muxalifet - 5-05-2017
"PREZİDENT APARATI LƏĞV OLUNMALIDIR"
Sərdar Cəlaloğlu: “Referendum oyunlarını quran insanların özləri qurduqları oyunun qurbanı oldular”
“Əgər biz prezident üsul-idarəsinə keçiriksə, mütləq Prezident Aparatı ləğv olunmalıdır, səlahiyyətlər Birinci vitse-prezidentə verilməlidir...”
“Əslində, Mehriban xanımın Birinci vitse-prezident təyin olunması tarazlaşdırıcı siyasətdən birtərəfli siyasətə keçidin əlamətidir”
Muxalifet2 - 5-05-2017
Etibar Pirverdiyevin “gizli kassa”sı bağlanır
“Azərenerji” rəhbəri “Expressbank”ı qoruya biləcəkmi?
Son zamanlar adı yalnız korrupsiyada, qalmaqallı proseslərdə hallanan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin vəziyyəti getdikcə daha da ağırlaşır. Belə ki, E.Pirverdiyevin rəhbərlik etdiyi qurumun təftiş edilməsi haqqında göstəriş verilib.Muxalifet - 6-05-2017