Bakıda yolların buz bağlaması nəticəsində 23 nəfər yıxılaraq xəsarət alıb.
18-02-2017 11:13

Bakıda güclü qarın yağması və yolların buz bağlaması nəticəsində ötən sutka ərzində 23 nəfər yıxılaraq xəsarət alıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, bir vətəndaşa yerində ilkin yardım göstərilib, 22-si isə xəstəxanaya yerləşdirilib: “Onların arasında ciddi xəsarət alanlar yoxdur. Əsasən yuxarı və aşağı ətrafların zədələnməsi müşahidə edilir”.