DİN generalı Sahib Mirzəyev Çexiyanın kurort şəhərciyində ev alıb – RUSİYA MƏTBUATI

“Açıq Rusiya” saytı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinın Daxili İstintaq Baş İdarəsinin rəisi, general Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi olan Karlovı Varıda daşınmaz əmlakı barədə məlumat yayıb.
Saytın məlumatına əsasən, generalın dəbdəbəli evi Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşir. Evdə iki nəfər qeydiyyata düşüb: Sahib Mirzəyev və Lyudmila Mirzəyeva.
Xəbər verdiyimiz kimi, Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıdakı daşınmaz əmlakın az qala yarısı Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsusdur.