​Keçmiş ABŞ səfirinin adı qara siyahıya salınıb

Azərbaycan XİN ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evansın Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərini növbəti təxribat kimi dəyərləndirib. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
Azərbaycan XİN Evansın səfərini “indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd” kimi qiymətləndirir.
Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli kongresi ilə uzunmüddətli sıx əlaqələri var.
ABŞ-ın Ermənistanda səfiri olarkən  vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib. Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağrılıb.