Axtarış
The search found 105705 results in 0.032 seconds.
Search results
MASALLI SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR - "Yollar baxımsız vəziyyətdədir..." / Video
Masallı rayonu, Təklə kənd sakinləri tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçilər kəndin kuçələrinin baxımsız halda olduğunu, rayon İcra Hakimiyyətinin onların müraciətinə baxmadığını bildirir:
“Biz, sakinlər, bilmirik ki, daha kimlərə, hansı qurumlara şikayət edək.Muxalifet2 - 5-04-2024
“DEDİ Kİ, SƏN KOL DİBİNDƏ YATMISAN...” – Qarabağ döyüşçüsü yol polisi tərəfindən təhqir olunduğunu iddia edir / FOTOLAR
Naxçıvan MR, Şərur rayonunda anadan olan, hazırda Bakıda yaşayan 01.01.2001-ci il təvəllüdlü Abbasov Nihad Vidadi oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, martın 6-da, saat 08:30-da idarə etdiyi “Ravon R3” markalı maşınla “Hyunday Santa fe” markalı maşını vurub. Qəzadan sonra qarşı tərəf yol polisinə və sığorta şirkətinə məlumat verib. İstər sığorta şirkəti, istər də yol polisi əməkdaşları hadisə yerində şəkillər çəkdikdən sonra, zərəçəkən şəxslə birlikdə DYP-nin Binəqədi rayon şöbəsinə gediblər:
Muxalifet2 - 5-04-2024
TACİKİSTAN UĞRUNDA SAVAŞ - Çin və Hindistanla yanaşı, İran da bu ölkəyə göz qoyub...
Hindistan və Çin arasında “dünyanın emalatxanası” olmaq uğrunda gedən qlobal rəqabət yaxın illərdə yeni müstəviyə keçə bilər. Belə ki, hazırda Çin daha yaxşı "başlanğıc mövqeyinə" malikdir, lakin Hindistan bir çox göstəricilərdə bu ölkəyə "yetişir və üstələyir". Ən vacib resurs demoqrafik faktordur. Çində “öləziyən” çox şey artıq Hindistanda var. Elə əhali sayına görə də Hindistan Çini qabaqlayır.
Muxalifet2 - 8-04-2024
İsrail Qəzzadan çəkildi, növbəti hədəf İrandır?
Və yaxud Fransanın Odessaya qoşun yeritməkdə məqsədi nədir?
Muxalifet2 - 8-04-2024
Qara əməlli general ağ “Range Rover”lə meydan sulayır
“Tərtər işi”nə görə cavab verməli olan Rasim Əliyev niyə hələ də məsuliyyətdən kənardadır?
Muxalifet2 - 9-04-2024
Bu il 528 nəfər Azərbaycan vətəndaşı Almaniyadan siyasi sığınacaq istəyib - 279 NƏFƏRƏ "YOX" CAVABI VERİLİB...
Bu ilin ilk üç ayı ərzində 528 Azərbaycan vətəndaşı Almaniyaya gələrək sığınacaq istəyib.
Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.
Qeyd olunub ki, həmin dövrdə 395 Azərbaycan vətəndaşının müraciətinə baxılıb. Onlardan yalnız 3,8%-i qaçqın kimi tanınaraq, Almaniyada yaşamaq icazəsi alıb. 101 iş üzrə prosessual tamamlamalar barədə qərar qəbul edilib.
Muxalifet2 - 10-04-2024
Fransa PKK terrorçusunu Türkiyəyə təhvil verib
Türkiyənin İnterpol xətti ilə axtardığı PKK/KCK terror təşkilatının üzvü Mehmet Kopal Fransadan Türkiyəyə ekstradisiya olunub.
“Haber Global” xəbər verir ki, bu barədə polis idarəsindən bildirilib.
Qeyd olunub ki, Türkiyə Xarici İşlər Nazirliyinin və hüquq-mühafizə orqanlarının koordinasiyalı addımları nəticəsində Türkiyəyə qaytarılıb.
Muxalifet2 - 10-04-2024
Erməni silahlıları atəş açdı, hərbçimiz yaralandı - BAŞ LEYTENANT DÖYÜŞ POSTUNDAN HƏDƏFƏ ALINIB...
Muxalifet2 - 10-04-2024
FARS REJİMİNİ TƏBLİĞ EDƏNLƏRƏ QARŞI YENİ ƏMƏLİYYAT - Həbs olunanlar var / FOTO
Azərbaycanda İranın çasus şəbəkəsinin çökdürülməsi davam edir.
MOUZE Telegram kanalı xəbər verir ki, Azərbaycan polisi İranın molla rejiminə xidmət edən, onları təbliğ edənlərin ifşası istiqamətində yeni əməliyyat tədbirləri həyata keçirib.
Aparılan əməliyyat tədbirləri nəticəsində rəsmi olmayan bilgilərə görə 10-a yaxın şəxs saxlanılıb.
MOUZE saxlanılanlardan ikisinin kimliyini müəyyənləşdirə bilib.
Muxalifet2 - 13-04-2024
ŞƏHİD ANALARI ÜÇÜN BAYRAM SÜFRƏSİ AÇILDI - Ramiz Rövşən: “Şəhidlər mənə Vətənə tərif yazdırdılar” / Video, Foto
Cəlal Qurbanov: “Şəhid ailələri bizim ən dəyərli ünvanımızdır!”
Muxalifet2 - 13-04-2024
"BİZ İSRAİLİ DƏSTƏKLƏYƏCƏYİK..." - Bayden İrana xəbərdarlıq etdi / Yenilənib
ABŞ İranın İsrailə gözlənilən hücumu ilə bağlı narahatlıqlar fonunda iki esminesin yerini dəyişib.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən bildirib.
Muxalifet2 - 13-04-2024
OĞURLUQLA ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, YENƏ "İLİŞDİ"... - Paytaxtda keçmiş məhbus saxlanıldı
Aprelin 11-də paytaxtın Səbail rayonu ərazisində yerləşən kafelərin birindən içərisində 530 manat, 2000 manat dəyərində üzük, bank kartı və sənədlər olan çantanın oğurlanması barədə rayon polis idarəsinin 39-cu Polis Bölməsinə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq cinayəti ilə əlaqədar məhkum olunmuş Mahir Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 13-04-2024
Bakıda avtomobil qaçıran keçmiş məhkum ələ keçdi
Bakıda maşın qaçırılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Dadaşov avtomobillə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 15-04-2024
NARKOTİK VƏ OĞURLUQLA ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, İNDİ İSƏ... - Sabunçuda keçmiş məhbus saxlanıldı
Sabunçu qəsəbəsi ərazisində bir qadının çantasından içərisində pulu və 3 ədəd bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ramal Ağacanov müəyyən edilərək saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, R.Ağacanov Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.
Onun Nardaran qəsəbəsi ərazisində bir evin zirzəmisindən 4800 manat dəyərində otbiçən və elektrik naqili oğurlaması da məlum olub.
Muxalifet2 - 15-04-2024
İran raketlərinin yarısı havaya qalxa bilməyib və yerə düşüb - ABŞ MEDİASI
İsrailə hücum zamanı İranın ballistik raketlərinin təxminən 50%-i havaya qalxmayıb və ya hədəflərinə çatmadan yerə düşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Fox News" adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Muxalifet2 - 15-04-2024
TRAGİKOMEDİYANIN BUYNUZU... – Eldəniz Quliyev yazır
Güzgüyə baxıb, adını özgəyə qoymaqdan asan nə var ki!..
Dərəbəyliyin, hərc-mərclik və monopoliyanın meydan suladığı bir məmləkətdə dövləti, müvafiq olaraq dövlətçiliyi hakimiyyətdən qorumaq lazımdı, - müxalifətdən yox. Bu qədər sadə!
Günahsız insanların şər-şəbədəylə həbs edilməsi, söz və ifadə, eləcə də digər fundamental insan azadlıqlarının sərt məhdudiyyətlərlə üzləşdiyi ölkədə dövlətə qarşı radikal müxalflik edən hakimiyyətdir, - müxalifət yox.
Bu qədər bəsit!Muxalifet2 - 15-04-2024
Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
Abunəçilərinə sərfəli qiymətlər təklif edən “Nar” satış və xidmət mərkəzlərində Xiaomi və Tecno smartfonlarının ən məhşur modellərini təqdim edir. Ramazan bayramı münasibətilə 10-14 aprel tarixlərində Xiaomi və ya Tecno smartfonlarını nağd ödəniş və ya BirKart kart ilə aldığınız təqdirdə, 10%-ə qədər xüsusi endirim əldə edəcəksiniz. Digər bir üstünlük isə, bu smartfonların alıcılarına 12 ay pulsuz mobil internet və bir illik zəmanət verilməsidir.
Muxalifet2 - 13-04-2024
“Azərbaycanda qadınlarda pensiya yaşı 55-ə, kişilərdə isə 60-a salınmalıdır” – MÜXALİF PARTİYADAN AÇIQLAMA
Bu gün ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə İran və İsrail arasında son zamanlar yaşanan siyasi və hərbi gərginliklər ətrafında müzakirə aparıb. Müzakirələrdə İran-İsrail arasında yaşanan problemlərin bölgənin ümumi təhlükəsizliyi naminə danışıqlar masasında və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyi bildirilib.Muxalifet2 - 15-04-2024
“PULLARI QUTUYA YIĞIB, ŞƏXSƏN SƏDRƏ VERİRDİM” – "Manatla olan pulları dollara dəyişirdik"
Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
APA xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktın elan edib.
Muxalifet2 - 15-04-2024
QAFQAZIN “HUSİLƏRİ” - Və yaxud ermənilərin “husiləşdirilməsi” hansı qüvvələrə lazımdır?
2024-cü il aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə keçirilən “təmtəraqlı” üçtərəfli görüşdən sonra bəzi məqamlar gün işığına çıxdı. Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin görüşündən sonra Cənubi Qafqazda vəziyyətin dəyişməyə başladığının cizgiləri bəlli oldu. Aydın oldu ki, əsasən Fransanın başını çəkdiyi Aİ və ABŞ Ermənistanı revanşist ambisiyaları ilə öz qondarma “təhlükəsizlik zəmanətləri”nin “çətiri altına” götürür.
Muxalifet2 - 16-04-2024