Axtarış
The search found 105705 results in 0.052 seconds.
Search results
Ukrayna F-16-larla Rusiya ərazilərini vura bilərmi? - NATO baş katibi cavab verdi
Ukrayna F-16 qırıcılarını aldıqdan sonra Rusiya Federasiyasında və ölkə hüdudlarından kənarda hərbi obyektlərə zərbələr endirmək hüququ qazanacaq.
Bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.Muxalifet2 - 22-02-2024
ƏVVƏL NARKOTİKLƏ ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, İNDİ İSƏ... - Keçmiş məhbusun üzərində narkotik və silah aşkarlandı
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb.
Stopnarkotik.az xəbər ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, həmçinin müxtəlif çəkilərdə narkotik vasitələr və 19 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 23-02-2024
Bakıda nəqliyyat vasitələri qaçıran keçmiş məhbuslar saxlanıldı
Fevralın 22-də gecə saatlarında Xətai rayonu ərazisindən “Chevrolet” markalı avtomobilin qaçırılması barədə 37-ci Polis Şöbəsinə məlumat daxil olub.
Muxalifet.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Elşən Əliyev və Rüzigar Ələkbərov avtomobillə saxlanılıblar.
Muxalifet2 - 23-02-2024
Bayden Navalnının həyat yoldaşı və qızı ilə görüşüb - FOTO
ABŞ Prezidenti Cozef Bayden Rusiya müxalifətinin lideri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya və qızı Daşa ilə görüşüb.
“NBC News” xəbər verir ki, görüş Kaliforniya ştatında baş tutub.
Öncədən görüşün anonsu verilməyib, həmçinin Baydenin qrafikində sözügedən görüş nəzərdə tutulmayıb.
Qeyd edək ki, Navalnının qızı ABŞ-nin Stenford Universitetində təhsil alır.
Muxalifet2 - 23-02-2024
İCRA HAKİMİYYƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI - Baş Prokurorluqdan açıqlama
Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.
Muxalifet2 - 23-02-2024
“Xitam” və “imtina” anlayışlarının müqavilə müstəvisində hüquqi təhlili - AYSU NƏBİZADƏ YAZIR
Mülki hüquqda istər qanunvericiliyə, istərsə də mülki münasibətin subyektləri arasında müqavilələrə nəzər yetirsək, “müqavilənin xitamı”, “müqavilədən imtina”, “müqavilənin ləğvi” anlayışlarına rast gəlmək mümkündür. Qanunvericilikdə qeyd edilən hərəkətlərə dair hüquqi anlayış, yaxud fərqləndirilmə mövcud deyildir. Bu baxımdan həm müqavilələrin tərtibi zamanı, həm də nəzəriyyədə bu anlayışlar arasında fərqin dəqiq müəyyən edilməməsi qeyri-müəyyənliklərə səbəb olmaqdadır.
Muxalifet2 - 23-02-2024
"JEK" MÜDİRİNƏ QARŞI YARIM MİLYONLUQ DƏLƏDUZLUQ İTTİHAMI - Ramsin Abdullayev hansı məmurlara güvənərək, vətəndaşın pulunu mənimsəyib?
Muxalifet2 - 23-02-2024
ZYALILAR NİYƏ ZİYANLIYA ÇEVRİLİRLƏR?.. – Eldəniz Quliyev yazır
(Ziyalı insan işıqdan daha çox, işığın fəaliyyəti deməkdir)
Əgər hörmətli-izzətli ziyalılar vaxtında, yəni Qarabağ əlili aşkar biganəliklərə dözməyib, çarəni özünü yandırmaqda görəndə... pıçıltıyla da olsa, səsini çıxarsaydılar...
Əgər, öz halalca "qan pulunu" alana qədər qanı it qanına dönən və hər gecə odlu göz yaşları içində qovrulub-yanan şəhid ailələrinin, qazilərin ağrı-acılarına lap yavaşcadan da olsa, hay versəydilər...Muxalifet2 - 26-02-2024
Nazirin göstərişi ilə Qarabağ əlili DİN-in hospitalına yerləşdirilib - FOTO
1-ci dərəcəli qazi Vilayət Eyvazovun onu yenidən həyata qaytardığını bildirir
Muxalifet2 - 26-02-2024
ADP Xocalı cəlladlarının tarixin mühakiməsinə verilməsini tələb edib... - BƏYANAT
ADP Xocalı cəlladlarının tarixin mühakiməsinə verilməsini tələb edib... - BƏYANAT
Muxalifet2 - 26-02-2024
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
Azərbaycanda təhsilin inkişafına dəstək və yerli telekommunikasiya peşəkarlarının yetişdirilməsi məqsədilə, “Nar” və Azərbaycan Texnologiya Universiteti (ATU) arasında anlaşma memorandumu imzalandı.
Muxalifet2 - 26-02-2024
“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib
“Nar”-ın dəstəyi ilə "Şəkərbura Şou" intellektual oyununun fevral ayının finalı keçirilib. Mobil operator oyunun qaliblərini mükafatlandırıb.
2022-ci ildə start götürən "Şəkərbura Şou" layihəsi hər mövsüm öz biliklərini, intuisiya və komandada işləmək bacarığını sınamaq istəyən yüzlərlə oyunçunu bir araya gətirir. Oyunda ümumilikdə 27 komanda olmaqla, 200-ə yaxın oyunçu iştirak edib.
Muxalifet2 - 26-02-2024
Heydər Əliyevin mükafatlandırdığı aktrisa 42 ildir ev növbəsindədir - FOTOLAR
Hazırda kirayədə yaşadığını deyən Elmira Həşimova mənzillə bağlı Prezidentə və Birinci vitse-prezidentə müraciət etdi
Muxalifet2 - 26-02-2024
Paşinyan qapalı görüşdə tərəfdaşları ilə nə danışıb... - TOPLANTININ BƏZİ DETALLARI AÇIQLANDI
Ermənistanın baş naziri Nikol Paşinyan və hakim “Mülki müqavilə” partiyasının deputatlarının qapalı görüşü üç saatdan çox davam edib.
“Joxovurd” qəzeti xəbər verir ki, görüşdə baş nazir Münhen danışıqlarının nəticələri haqda məlumat verib. Paşinyan müttəfiqlərinə açıq şəkildə bildirib ki, danışıqlar prosesində xüsusi irəliləyiş yoxdur və Münhen görüşü sadəcə növbəti görüşdür və bu zaman mühüm heç nə əldə olunmayıb. Qapalı keçirilən görüşün digər təfərrüatları məlum deyil.
Muxalifet2 - 27-02-2024
Fransa Azərbaycanla bağlı kəşfiyyat məlumatlarını İrəvana ötürəcək – RAZILAŞMA ƏLDƏ OLUNUB
Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 22-də Parisə rəsmi səfərindən sonra Fransa xüsusi xidmət orqanları (DSGE) ilə Ermənistan kəşfiyyatı arasında dörd ölkə: Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Fransanın “Aqoravox” nəşri yazır.
Qeyd olunur ki, Fransa “Ermənistan sərhədlərinin perimetri boyunca hərbi-siyasi vəziyyət haqqında məlumatları ehtiva edən” peyk məlumatlarını İrəvanda göndərməyi öhdəsinə götürüb.
Muxalifet2 - 27-02-2024
Qəzzada atəşkəs bu tarixdə baş tutacaq… - BAYDENDƏN AÇIQLAMA
ABŞ prezidenti Co Bayden Qəzza zolağında atəşkəs razılaşmasının gələn bazar ertəsi, martın 4-nə qədər əldə olunacağına ümid edir.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Həftə sonuna ümid edirəm... Milli təhlükəsizlik üzrə köməkçim (Jake Sullivan) mənə deyir ki, biz atəşkəs razılaşmasına yaxınıq, amma hələ işimiz bitməyib. Ümid edirəm ki, atəşkəs sazişini gələn bazar ertəsi günü bağlayacağıq”, - deyə prezident bildirib.Muxalifet2 - 27-02-2024
Rusiya benzinin ixracına qadağa qoydu - SƏBƏB
Rusiyanın baş naziri Mixail Mişustin mövsümi tələbatın artımı fonunda benzinin ixracına qadağa qoyulmasını təsdiqləyib.
Hurriyyet.az xəbər verir ki, bu barədə RBC qərarla tanış olan mənbəyə istinadən yazır.
Qadağanın 2024-cü il martın 1-dən başlayaraq altı ay müddətinə tətbiq edilməsi planlaşdırılır. Bundan əlavə, nəşrin mənbələrinə görə, birjada dizel yanacağının satışı standartının 16%-ə çatdırılması barədə də qərar qəbul edilib.Muxalifet2 - 27-02-2024
İcra başçısı Xocalı tədbirində niyə iştirak etmədi? - FOTO
Bu gün Ağstafada Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov iştirak etməyib.
Muxalifet.az “Yeni Gundem”-ə istinadən xəbər verir ki, RİH-in keçirilən tədbirlə bağlı yaydığı məlumatda icra başçısının iştirak etməməsi sual doğurub.
Muxalifet2 - 27-02-2024
KƏRƏM HƏSƏNOVUN ADI HALLANAN RÜŞVƏT QALMAQALI - Rüstəm Şahbazov başqasının sənədli torpağını necə satıb... / ŞİKAYƏT
Bakı şəhəri, Nizami küçəsi, ev 53, mənzil 41-də yaşayan Amanova Kəmalə Balaş qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub.
Muxalifet2 - 27-02-2024
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
“Nar” Azərbaycanın mobil rabitə sahəsinin peşəkarlar kadrlarının yetişdirilməsi məqsədilə, İT və rabitə ixtisasları üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başladı. Seçilən 10 tələbə Şəbəkə texnologiyaları departamentində təcrübə keçəcək.
Muxalifet2 - 27-02-2024