Axtarış
The search found 105705 results in 0.144 seconds.
Search results
HƏBSXANADAN NÖVBƏTİ MƏKTUB - Günahsız olaraq 8 il həbs cəzası aldığını iddia edən məhbusdan ölkə başçısına müraciət
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məmmədov Ədalət Məhərrəm oğlu tərəfindən redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!Muxalifet2 - 20-02-2024
Konstitusiya Məhkəməsi də Konstitusiyaya qadağa qoyub – MƏĞRUR BƏDƏLSOY YAZIR
KM-in qəbul və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov səlahiyyətini aşıb
Muxalifet2 - 21-02-2024
Elçin Yusubov-Taleh Bəşirov tandemindən “Böyük qayıdış”a həqarət
Məcburi köçkünlər kirayəyə göndərilir: “Siz bura yamaqsınız”
Muxalifet2 - 21-02-2024
Sürücülük vəsiqəsi olmayan vəzifəli şəxs ağır qəza törətdi, öldü
Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əlimədətli ərazi nümayəndəsi Fərrux Cabbarov ağır yol qəzası törədib.
“Qafqazinfo” xəbər verir ki, 1985-ci il təvəllüdlü F.Cabbarovun idarə etdiyi “Lada Priora” markalı avtomobil ötən gecə saat 01 radələrində Quzanlı qəsəbəsi ərazisində qəzaya düşüb. Belə ki, icra nümayəndəsinin sürdüyü avtomobil yoldan çıxaraq ağaca çırpılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İlkin araşdırma zamanı vəzifəli şəxsin sürücülük hüququnun olmaması, avtomobilin başqasına məxsus olması və ona etibarnamənin verilməməsi üzə çıxıb.
Muxalifet2 - 21-02-2024
KAMİL ZEYNALLI MOSKVADA SAXLANILDI - Nədə ittiham olunduğu açıqlandı / VİDEO, YENİLƏNİB
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır:
“Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək”.
***09:38
Tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılma görüntüləri yayılıb.
Muxalifet2 - 21-02-2024
Qəzzadan skandal görüntü: Yüzlərlə fələstinlinin paltarlarını soyundurdular
İsrail ordusunun oktyabrın 7-də başlayan hücumlarının əsas hədəfləri arasında Qəzzanın şimal hissəsi də var.
Hücumlar nəticəsində viran qalan bölgəni tərk etmək istəməyən fələstinlilər 4 aydan çoxdur ki, ən elementar insani ehtiyaclarından məhrumdur.
Muxalifet2 - 21-02-2024
Kamil bu "qətlə" görə həbs olunub: Ermənistan şok detallar açıqladı / FOTO
Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.
Publika.az xəbər verir ki, Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb.
Qeyd olunur ki, o, Moskvanın “Domodedovo” hava limanında həbs edilib.
Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib.Muxalifet2 - 21-02-2024
Avdeyevkada dəhşətli itki: rus bloger özünü güllələdi
“Bizə Yaninadan yazırlar” Teleqram kanalının rəhbəri, rusiyalı hərbi bloger Andrey Morozov özünü güllələyib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, “Murz” ləqəbli bloger öz kanalında rusların Avdeyevkadakı dəhşətli itkilərindən bəhs edən yazı paylaşıb. Həmin yazıdan sonra Vladimir Solovyov da başda olmaqla, rusiyalı təbliğatçılar ondan həmin yazının silinməsini tələb ediblər, hətta hədə-qorxu da gəliblər. Bu barədə bloger ölümündən qabaq paylaşdığı məlumatda da qeyd edib.Muxalifet2 - 21-02-2024
Azərbaycanda 2,5 milyonluq broyler şirkəti ləğv olundu
“Səba” ASC-nin təsisçi olduğu broyler şirkəti ləğv olundu.
Məlumata görə, “Dəvəçi Broyler Dərin Emal” MMC ləğv olunub.
Şirkətin kreditorları iki ay ərzində tələblərini “Səba” ASC-nin inzibati binasının yerləşdiyi Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospekti, ev 1 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, MMC 05.04.2011 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əliyev Yusif Mahmud oğludur. Şirkətin nizamnamə kapitalı 2,5 mln manat, hüquqi ünvanı Şabran şəhəri, Dəmir yolunun alt tərəfidir.
Muxalifet2 - 21-02-2024
Ramil Usubovun qaynı vəzifədən azad edildi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov vəzifədən azad edilib.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Nüsrət Şirinov xidmətkeçmənin son yaş həddi ilə əlaqdar təqaüdə göndərilib.
Qeyd edək ki, N.Şirinov sabiq nazir Ramil Usubovun qaynıdır. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub. 2016-cı ildən isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini tuturdu.Muxalifet2 - 21-02-2024
KOLLEC DİREKTORU HAQQINDA ŞOK İDDİALAR - Şahib Əliyevin qanunsuz yollarla yığdığı "topdağıtmaz" sərvət / VİDEO
Göyçay rayonu, Qaramən kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
"Cənab Prezident!
Bildirmək istəyirəm ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq tuğyan edir. Baxmayaraq ki, adı "təhsil ocağı"dır, həqiqətdə isə bura "korrupsiya yuvası"dır.
Muxalifet2 - 20-02-2024
SAATLIDA TORPAQ MAXİNASİYASI - Bir kəndin torpağını satdılar, qonşu kəndin sahəsini 2 yerə böldülər... / Video
Saatlı rayonu, Mollavaizli kənd sakinləri tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə müvafiq orqanlara müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərec edirik:
“Yazaraq nəzərinizə çatdırırıq ki, bizim şikayətə heç bir qurum baxmaq istəmir.
Muxalifet2 - 20-02-2024
1 MILYONLUQ MÜƏMMALI TENDER - Qoşqar Təhməzli bu şirkəti yenidən qalib etdi
AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTi) "Stok üçün reaktivlərin satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
Müsabiqənin qalibi "AVAZ GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında 959.766,62 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan "AVAZ GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Mədət Sadıqov Baratəli oğludur.
Muxalifet2 - 20-02-2024
Fevralın 23-də bütün müavinət və təqaüdlər ödəniləcək
Fevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Qeyd edək ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.Muxalifet2 - 21-02-2024
Qarabağda PR işləri SOROS-un keçmiş partnyoruna verilib? - Obamanın telefonundan işlətdiyini qeyd edirdi...
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi 13.02.2024-cü il tarixində sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin “Təbliğat işinin təşkili məqsədi ilə sosial media marketinq (SMM) xidmətlərinin satın alınması” lotu üzrə yekun vurulan satınalmanın məbləği 48.970 manat olub.
Satınalmada “SİNERGİ PARTNERŞİP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1001326201) qalib elan edilib.
Muxalifet2 - 21-02-2024
Kamil Zeynallı azadlığa buraxıldı - AÇIQLAMA
Kamil Zeynallı azadlığa buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.
Bildirilib ki, o bu gün Bakıya geri qayıdacaq.
Qeyd edək ki, Kamil Zeynallı ötən gün Moskvada saxlanılıb. Məlumata görə, Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfdən axtarışa verilməsi ilə əlaqədar idi.
Muxalifet2 - 21-02-2024
Bələdiyyə sədri həbs edildi - RÜŞVƏT İTTİHAMI
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Muxalifet2 - 21-02-2024
Həbsdəki icra başçısının cəzası yenə azaldıldı – Bu dəfə 3 il 4 ay
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə məhkum edilən şəxslərin kassasiya şikayətlərinə baxılıb.
Muxalifet.az xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda apellyasiya instansiyasının qərarı dəyişdirilib.Muxalifet2 - 22-02-2024
İKİNCİ İLİ TAMAM OLAN QANLI SAVAŞ... - Rusiyanın planları, Avropanın xəsisliyi və ABŞ-nin geostrateji maraqları
Vaşinqton Ukraynanın faciəsi üzərində hansı məqsədlərini reallaşdırmağa çalışır?
Ukraynaya edilən hərbi yardım 2022-ci illə müqayisədə 90% azalıb
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün iki ili tamam olur. Bu müharibədə kimin qalib gələcəyini söyləmək hələ də çətindir.
Muxalifet2 - 22-02-2024
Bakıda 800 min manatlıq dələduzluq - Fırıldaqçı dəstə kimləri aldadıb?
Bakıda vətəndaşların etibarından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işinin bəzi detalları məlum olub.
Aparılmış istintaqla müəyyən olunub ki, Zaur Zahidov, Namiq Bayramov, Heydər İlyasov, Rufan Qasımov və Orxan Həsənov qabaqcadan əlbir olaraq zərərçəkmiş Novruz Əlimirzəyevi vəzifəyə təyin etdirəcəkləri ilə bağlı yalan vəd verərək dələduzluq ediblər.
Muxalifet2 - 22-02-2024