Axtarış
The search found 105705 results in 0.033 seconds.
Search results
MOSKVADAKI TERRORU KİM MALİYYƏLƏŞDİRİB? – İstintaq Komitəsi açıqlama yaydı
İranda keçmiş siyasi məhbus 20 yaşlı Sara Təbrizi İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə (ETTELAAT) çağırıldıqdan sonra şübhəli şəkildə ölüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı insan haqları təşkilatlarından birinə istinadla xəbər verib.
Bildirilib ki, çağırıldıqdan bir gün sonra təbrizli gənc qızın cansız bədəni evində tapılıb.Muxalifet2 - 29-03-2024
Gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
İranda keçmiş siyasi məhbus 20 yaşlı Sara Təbrizi İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə (ETTELAAT) çağırıldıqdan sonra şübhəli şəkildə ölüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı insan haqları təşkilatlarından birinə istinadla xəbər verib.
Bildirilib ki, çağırıldıqdan bir gün sonra təbrizli gənc qızın cansız bədəni evində tapılıb.
Muxalifet2 - 29-03-2024
“MAKRON MÜTTƏFİQLƏRİNİ QICIQLANDIRIR” – “O, Avropanın xarici siyasətinə rəhbərlik etmək istəyir, amma...”
Son illər Fransa beynəlxalq arenada heç zaman olmadığı kimi xeyil fəallıq nümayiş etdirir. Lakin Fransanın özünü Avropa lideri kimi aparmağa çalışması onun bir çox müttəfiqlərini qıcıqlandırır. Makronun Ukraynaya qoşun yeritməklə bağlı verdiyi bəyanat heç də birmənalı qarşılanmayıb. Belə ki, Ukraynaya edilən yardımların həcminə görə Fransa Almaniyadan xeyli geridə qalır və bu səbəbdən də Avropada deyirlər ki, Makron ciddi iş görməkdənsə danışmağı daha çox sevir...
Muxalifet2 - 29-03-2024
Yeni qərar avtomobil bazarında canlanmaya səbəb oldu – “Prius”ların qiyməti xeyli ucuzlaşdı / FOTO
Məlum olduğu kimi, ötən gün Nazirlər Kabinetinin qərarı ilə müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, həmçinin daxili və xarici tərtibatına dair hüquqi əsaslar müəyyən edilib. Yeni qərara görə, taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalı, həmçinin buraxılış tarixi 15 ildən artıq olmamalıdır.
Muxalifet2 - 29-03-2024
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub.
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov ölkə.az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:
“Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışan vətəndaşlara şamil edilir. Əgər taksi fəaliyyəti ilə məşğul olurlarsa, avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır”.
Ekspert deyir ki, minlərlə vətəndaşımızın fərqli rənglərdə avtomobilləri var və taksi fəaliyyəti ilə məşğul olurlar:
Muxalifet2 - 29-03-2024
YENI QAYDALAR, YENI MƏHRUMİYYƏTLƏR... – Taksi xidməti ilə məşğul olanları nələr gözləyir?
Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.
Taksi xidməti üçün bundan sonra tətbiq ediləcək əsas qaydalar qısaca bunlardan ibarətdir:
- Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz;
Muxalifet2 - 29-03-2024
“Ermənistanın suverenliyinin yeganə qarantı 102-ci bazadır” - Rusiya XİN
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, 102-ci hərbi bazanın və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır.
“RİA Novosti”nin yaydığı məlumatda belə deyilir.
Muxalifet2 - 29-03-2024
"Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar" - PREZİDENTİN KÖMƏKÇİSİ
Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix” telekanalına müsahibəsində deyib.
Muxalifet2 - 29-03-2024
ƏLİYEV VƏ RƏİSİNİN GÖRÜŞÜ NİYƏ BAŞ TUTMADI? – “Tehranın siyasəti Bakıda ciddi suallar yaradır”
Martın 15-də İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi yerli mətbuata müsahibəsində Azərbaycan və İran prezidentləri arasında görüş keçiriləcəyini açıqlasa da, bu görüş hələ də gerçəkləşməyib.
“Ümid edirəm ki, yaxın vaxtlarda iki ölkənin energetika nazirləri hazırlıq işlərinin görülməsi üçün görüşəcəklər, dövlət başçılarının iştirakı ilə sərhəddə “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının və müvafiq bəndlərin açılış mərasimi keçiriləcək”, - diplomat bildirmişdi.
Muxalifet2 - 29-03-2024
AZƏRBAYCANDA BU ŞƏXSLƏRİN 5 İL ERKƏN PENSİYA HÜQUQU TANINACAQ - Qanuna dəyişiklik
Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olaca. Güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağı hal da şamil ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Muxalifet2 - 29-03-2024
İdmanımızın inkişafında əvəzsiz xidməti olan Cavanşir Qurbanov təltif olundu - VİDEO, FOTOLAR
Milyonlarla insanı bir arada, bir uğur naminə birləşdirmək idmandırsa, o idman həm də ictimai-siyasi xidmətdir. Müstəqillik qazandığı ilk illərdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlu davamı və nəticəsidir ki, bu gün Azərbaycan qazanılan meddallar və qələbələrlə dünyada hər mənada “Qalib ölkə” kimi tanınır. Bu nüfuz ölkəmizin əvəzolunmaz sərvətidir. Bu isə o nüfuzu bizə qazandıran idmançılar, onların məşqçiləri, idman mütəxəssislərinin əməyidir.
Muxalifet2 - 31-03-2024
“Rusiyaya bağlı bəzi qüvvələrin müharibə ritorikası...” - BƏYANAT
ADP: “Yeni müharibə Azərbaycanın milli maraqlarına uyğun deyil”
ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-averilən məlumata əsasən, İdarə Heyəti ilk öncə Azərbaycan-Ermənistan arasında sülh danışıqları sahəsində son durumu müzakirə edib.Muxalifet2 - 1-04-2024
SÜMSÜY İTİN MONOLOQU – Eldəniz Quliyev yazır
…Mən itəm! Özü də lap sümsüyünnən. Sümsük şəhər tulası. Düzdü, adam kimi oxuyub-yaza bilmirəm, amma onların dediklərini gözəlcə başa düşürəm. Yəqin bəziləri qımışacaq ki, it hara, «başa düşürəm» hara?.. Bəri başdan hürüm ki, belələri səhv eləyillər... Çünki it olanda noolar? Başım var? Var! Baş da varsa, deməli, onun içində yaxşını pisdən, tüstünü hisdən ayıra bilən bir şey olmalıdı…
Uzağa getməyək, götürək bizim şəhəri! Kor-kor, gör-gör; şəhər çox dəyişib, lap çox. Yəni bunu başa düşməkçün nə oxuyan olmaq lazımdı, nə də yazan, - elə hürən oldun bəsdi.Muxalifet2 - 1-04-2024
MASALLI SAKİNİ 9 YAŞLI NƏVƏSİNİN OĞURLANDIĞINI DEYİR… - “Dedi ki, nənə, məni oğurlayırlar, kömək elə, qoyma aparsınlar…” / Şikayət
Masallı rayonu, İsgəndərli kəndi, Bahadur Məmmədov küçəsi, ev 92-də yaşayan Yaqubova İncibəyim Əziz qızı tərəfindən redaksiyamza şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
“Cənab Prezident!
Mən, İncibəyim Yaqubova, yazaraq bildirirəm ki, 9 yaşlı nəvəm Rəhimova Fatimə Zabil qızı ilə tək yaşayıram. Gəlinim Rəhimova Şəms Əzizağa qızı 6 ildir övladı Fatiməni mənim üstümə ataraq bizim evi tərk edib və anası Pakizənin evinə yerləşib.Muxalifet2 - 3-04-2024
"Maşın üçün müraciətim pensiyamın kəsilməyinə səbəb oldu" - Qarabağ qazisi nazirliyi İTTİHAM EDİR / ŞİKAYƏT
Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 3-cü massivdə yaşayan Qarabağ qazisi Xankişiyev Balaş Atamkişi oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. B.Xankişiyev rəsmi qurumlardan şikayətçidir:
“Mən, Xankişiyev Balaş Atamkişi oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi ictimailəşdirin.
Muxalifet2 - 3-04-2024
KREDİTƏ AVTOMOBİL ALDI, 2 AY ÖDƏNİŞ EDƏ BİLMƏDİYİ ÜÇÜN ZORLA ƏLİNDƏN ALDILAR, ÜSTƏLİK... – Xalid Əliyev “Bank VTB”-ni ittiham edir / ŞİKAYƏT
Bakı şəhəri, Sabunçu rayonu, Muxtar qəsəbəsi, Əmir Bağırov küçəsi 25-də yaşayan Əliyev Xalid Paşa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, 2012-ci ildə 12 min dollara (köhnə məzənnə ilə təxminən 9360 manat) birinci əl (yeni) “Chevrolet Aveo” markalı avtomobil alıb. Bu zaman ilkin ödəniş olaraq 4500 manat ödəyib, qalan məbləği hissə-hissə ödəmək üçün avtomobili “Bank VTB”-nin İsmayıllı rayon filialında girov qoyub.
Muxalifet2 - 3-04-2024
Adama deyərlər, bax, saa nəə?
Əziz oxucular! “Lukoyl”un təsisçisi Vahid Ələkbərovun Azərbaycana soyuq münasibəti ilə bağlı dəfələrlə məqalə hazırlamışam. O, 1993-cü ildən "LUKoyl" şirkətinə rəhbərlik edir. Hər zaman Rusiyada ilk “beşlik”də yer alan milyarderlərdən olub. Düzünü deyim, erməni xalqına məxsus Rusiya milyarderlərinin öz ölkəsinə etdiyi yatırımların, mənəvi və maddi dəstəyin mində birini nəinki Vahid Ələkbərov, heç bir rusiyalı milyarderimiz xalqına göstərməyib. Bu fakt hər zaman məni qıcıqlandırıb, kədərləndirib, təsirləndirib.
Muxalifet2 - 3-04-2024
“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda! - FOTOLAR
Bütün ölkə ərazisində sərfəli rabitə xidmətlərini hər kəs üçün əlçatan etməyə davam edən “Nar” yeni konseptli mağazasını bu dəfə Şamaxı şəhərində təqdim etdi. Müasir görünüşü və rahatlığı ilə seçilən mağaza Şamaxı şəhəri N.Nərimanov küçəsi ilə M.Şəhriyar küçəsinin kəsişməsidə yerləşir.
Muxalifet2 - 5-04-2024
“BU, AZƏRBAYCANA QARŞI NİFRƏTİN BÖYÜKLÜYÜ İLƏ BAĞLIDIR”- “Hamı burada öz oyununu qurmaq istəyir...”
Sərdar Cəlaloğlu: “Monopolistlər sərhədlərİ bağlayıb, qapalı vəziyyətdə istədiklərini edirlər”
“Şərti sərhəddə müəyyən təxibatlar ola bilər, amma...”
Muxalifet2 - 5-04-2024
Nazirliyin vəzifəli şəxsi saxta diplomlu qohumunu sektor müdiri təyin etdirib - ŞİKAYƏT
Göyçay rayonu, Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova müraciət edən şikayətçi yazır:
“Cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin edilmiş Cavid İsmayılovun ali məktəb diplomu saxtadır. Buna görə, ciddi araşdırma aparıb, təsirli tədbir görülməlidir.Muxalifet2 - 5-04-2024