Axtarış
The search found 105706 results in 0.031 seconds.
Search results
Sabiq deputat villasında işlətdiyi işçilərin haqqını verməyib? - “Qaraj çox xoşuna gəlsə də, pulumu kəsdi”
“Milli Məclisin sabiq deputatı Elton Məmmədov zəhmət haqqımı verməkdən boyun qaçırır. Əvəzində mənə polis vasitəsilə hədə-qorxu gəlməyə çalışır”.
Bunu Ucar rayon Qarabörk kənd sakini Qasımov Elvin Kərim oğlu şikayət məktubunda bildirib.
Muxalifet2 - 24-12-2022
Azərbaycanda məmurun masasını acımış xəmirlə doldurdular - VİDEO
Salyan rayonunda işıq problemi ilə üzləşən sahibkar qeyri-adi üsulla etirazını bildirib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, çörəkbişirmə sexinin sahibi iddia edib ki, “Azərişığ”ın Salyandakı idarəsi onlara xəbərdarlıq etmədən işıqlarını kəsib:
Muxalifet2 - 24-12-2022
Oqtay Şirəliyevin oğlu vəzifəsindən istefa verdi - FOTO
Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğlu “Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyindən istefa verib.
"Qaynarinfo" xəbər verir ki, bu ilin aprel ayında “Azərsığorta”nın sədri Fərhad Adıgözəlovun müşaviri təyin olunan Murad Şirəliyev bu vəzifəsindən də getməli olub. O, öz istəyi ilə işdən azad edilib.
Muxalifet2 - 26-12-2022
“NAXÇIVANDA HELİKOPTERİN VURULMASI TƏSADÜFİ DEYİLDİ!...” – “Vasif Talıbovun məsuliyyəti ciddi araşdırılmalıdır”
“Mehdiyev-Talıbov xəttini nəzərə alsaq, görərik ki, Naxçıvan Rusiyaya çox yaxındır”
Əksər mütəxəssislərin fikrincə, Ukraynadakı müharibənin birinci ilinin tamamında Ukrayna ordusu əks-hücum əməliyyatlarına başlayacaq. Müşahidələr isə göstərir ki, artıq Rusiya məğlubiyyətə məhkumdur. Eyni zamanda, çoxları hesab edir ki, məğlubiyyəti hiss etməyə başlayan Rusiyanın Azərbaycandakı “adamlarının” da “vurulması” prosesi xeyli müddətdir ki, gedir...
Muxalifet2 - 26-12-2022
"TALIBOVUN İŞDƏN ÇIXARILMASI VƏTƏNƏ XƏYANƏTLƏ BAĞLIDIR" - Partiya sədrindən ŞOK İDDİALAR
"Vasif Talıbovun Naxçıvandan işdən çıxarılmasının onun çox ciddi siyasi ambisiyaları, Naxçıvanı Azərbaycanın nəzarətindən çıxartmaq cəhdi ilə bağlıdır..."
Muxalifet2 - 26-12-2022
Xameneinin həbsdə olan bacısı qızı aclıq aksiyasına başladı - FOTO
Muxalifet2 - 26-12-2022
Arutyunyan Xankəndinə hansı yolla gedib? – Keçmiş kəşfiyyat komandiri AÇIQLADI
Azərbaycanlı aktivistlər iki həftədir Xankəndi-Laçın yolunda fasiləsiz etiraz aksiyası keçirilər. Bu müddət ərzində Qarabağdakı separatçı-cinayətkar rejim, Ermənistan hakimiyyəti və onların xaricdəki havadarları erməni əhalinin guya blokadaya alındığı, sosial-iqtisadi, humanitar durumun acınacaqlı vəziyyətə düşdüyünü bildirilər. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, yol bağlanmayıb, oradan dinc əhali sərbəst şəkildə istifadə edə bilər.
Muxalifet2 - 26-12-2022
Bəxtiyar Hacıyev 12 gündür aclıq aksiyasını davam etdirir
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 12 gündür aclığı davam etdirir. Bu gün istirahət günü olduğundan vəkilləri onunla görüşə bilməyib.
Bəxtiyar Hacıyevin hüquqlarını ictimai müdafiə komitəsi müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybullanın təcridxanada ona baş çəkməsi üçün təşəbbüslə çıxış edib.
Muxalifet2 - 26-12-2022
Kərəm Mustafayevin qızlarının Londondakı restoranı - Fürsəti olan BÜDCƏNİ TALAYIB...
Londonun Foley küçəsində eyniadlı elit restoranda iki nəfərlik ortabab nahar 70-100 funt sterlinqə (150-220 manata) başa gəlir.
Muxalifet2 - 26-12-2022
"Şərurlu İsfəndiyar" qalmaqallı "Flamingo" restoranını Rza Talıbova necə hədiyyə edib? - TƏFƏRRÜAT
Zorla əllərindən alınaraq Şərurlu İsfəndiyara hədiyyə edilən restoranı Pənahov qardaşları geri ala biləcəkmi?
Naxçıvan hadisələri ölkənin gündəmini zəbt etməkdə davam edir. Muxtar Respublikadan gələn xəbərlər, Talıbovların fəaliyyəti ilə bağlı yeni məlumatlar müzakirə mövzusu olaraq qalır.
Muxalifet2 - 26-12-2022
Talıbov Naxçıvanda bütün dövlət bayraqlarını yığışdırmaq göstərişi veribmiş... - ŞOK İDDİALAR
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun antiAzərbaycan addımları haqda son günlər mediada iddialar səslənməkdədir.
Muxalifet2 - 26-12-2022
Məhkəmə zalında vəfat edən sabiq məmur bu məşhur şəxsin əmisi oğlu imiş - FOTO
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.
Muxalifet.az bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, məhkəmə prossesi zamanı vəfat edən Şamil Qədimov məşhur şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Kəmaləddin Qədimin əmisi oğludur.
Muxalifet2 - 26-12-2022
Saleh Məmmədovun biznesmen müşaviri: Milyonluq mülklər, şirkətlər necə əldə edilib? - ARAŞDIRMA
Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı bir vaxtda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun özünün və oğlunun böyük şirkətləri üzə çıxıb.
Qaynarinfo-nun araşdırmasına görə, uzun illərdir yol infrasturkturu ilə bağlı mühüm dövlət vəzifələrində çalışan Şahin İbadov bu dövr ərzində özünə və ailəsinə böyük biznes imkanları qurmağı da bacarıb.
Muxalifet2 - 26-12-2022
ADP hakimiyyəti Vasif Talıbovu cəzalandırmağa çağırdı… - BƏYANAT
Bu gün ADP İdarə Heyəti ilin sonuncu toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ötən həftə ərzində Azərbaycan üçün əhəmiyyət daşıyan bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub.
İdarə Heyəti ilk öncə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntıların qanunsuz istismarına qarşı eko-fəalların və QHT təmsilçilərinin davam edən aksiyası və bu aksiyadan dolayı beynəlxalq aləmdə Azərbaycan əleyhinə yönələn bəyanatları müzakirə edib.Muxalifet2 - 26-12-2022
Saakaşvilinin anası Salome Zurabişvilidən oğlunun əfvini xahiş etməyəcək
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasania bildirib ki, o, oğlunun əfv olunması xahişi ilə prezident Salome Zurabişviliyə müraciət etmək niyyətində deyil.
Qafqaz.media bu barədə Gürcüstan KİV-lərinə istinadən xəbər verir.
“Bilmirəm ki, mənim xahişim nəyə lazımdır?! Salome Zurabişviliyə bütün məlumatları təqdim etdik. Bu adamın bu addımı atmağa tam haqqı var və mənim müraciətim nəyi dəyişəcək? Salome Zurabişvili ilə əlaqə saxlamağı düşünmürəm. İnsanlar ona müraciət edirlər və düşünürəm ki, bu kifayətdir”, - Alasaniya bildirib.Muxalifet2 - 26-12-2022
QAFQAZ YENİDƏN BÖLÜŞDÜRÜLÜR – Bu dəfə Britaniya-Türkiyə geosiyasi konfiqurasiyasında...
Artıq 16 gündür ki, Laçın-Xankəndi yolunda Azərbaycan QHT-lərinin və ekofəalların təbii sərvətlərimizin vəhşicəsinə talanmasına qarşı aksiyası davam edir. Bu aksiyanın səbəb olduğu əks-sədanın miqyası o qədər böyük oldu ki, buradakı hadisələrin nədən qaynaqlandığına dair müxtəlif fərziyyələr ortaya atılıb. 44 günlük müharibədə təmsil olunduğu KTMT-nin açıq dəstəyini ala bilməyən İrəvanın əlinə canını qurtarmaq istədiyi Rusiyanı gözdən salmaq üçün əlverişli fürsət keçdi.
Muxalifet2 - 27-12-2022
Qəhvə - içki, yoxsa dərman?! – HƏSRƏT RÜSTƏMOV YAZIR
Bu qədim içki - qəhvə və ya dünyada daha çox məşhur olan adı ilə desək, kofe haqqında çox yazılıb, çox deyilib. 15-16-cı əsrlərdən başlayaraq indiki dövrümüzədək və çox güman ki, bəşəriyyət davam etdikcə populyarlığı davam edəcək qəhvə zaman-zaman gah şahlara layiq qida, gah insanı gümrah edən dərman, gah da qadağan edilmiş zəhər kimi tanınıb və belə demək olarsa, indiki şöhrətinə heç də rahat gəlib çatmayıb.
Muxalifet2 - 27-12-2022
“Qarabağ əlillərinə ayrılan vəsaitlər illərdir onlara verilmir…” - QARABAĞ QAZİSİ PARTİYA SƏDRİNƏ MÜRACİƏT ETDİ
Qarabağ qazisi, jurnalist Məğrur Bədəlsoy Ağamalı oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Saytımız vasitəsilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna müraciət edən M.Bədəlsoyun müraciətini olduğu kimi dərc edirik”
“Hörmətli Sərdar bəy!
Qarabağ əlillərinə ayrılan vəsaitlər illərdir onlara verilmir. Son illərdə hətta sanatoriya-kurort müalicəsi və istirahət hüquqlarına da qadağa qoyulub.Muxalifet2 - 27-12-2022
NAXÇIVAN POLİSİNƏ BAKIDAN YENİ RƏİS GÖNDƏRİLDİ - Sabahdan vəzifəsinin icrasına başlayacaq / Foto, Yeniləndi
Xeyli vaxtdır gözlənildiyi kimi, Naxçıvan MR Daxili İşlər Nazirliyi ləğv olunub, onun yerində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR Baş Polis İdarəsi yaradılıb.
“AzPolitika.info”-ya mötəbər mənbədən daxil olan məlumata görə, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov Naxçıvan MR Baş Polis İdarəsinin rəisi təyin olunub.
Muxalifet2 - 27-12-2022
Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu - HAVA LİMANINDAN QAYTARILDI
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına “stop” qoyulub.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.
Muxalifet2 - 28-12-2022