Axtarış

The search found 105706 results in 0.035 seconds.

Search results

  1. Futbol kralı Pele 82 yaşında vəfat etdi – O, HƏFTƏLƏRDİR XƏSTƏXANADA MÜALİCƏ ALIRDI

    Braziliya millisinin heyətində üçqat dünya çempionu olmuş əfsanəvi braziliyalı futbolçu Pele 82 yaşında dünyasını dəyişib.

    Qafqaz.media-nın məlumatına əsasən, “Associated Press” bu barədə onun agentinə istinadən xəbər verir.

    Muxalifet2 - 29-12-2022

  2. Vasif Talıbovun oğlu işdən çıxarılıb? - AÇIQLAMA

    Dövlət Miqrasiya Xidməti (DMX) qurumun Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması ilə bağlı yayılan məsələlərə münasibət bildirib. 

    Muxalifet.az xəbər verir ki, DMX-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, R.Talıbov işinin başındadır.

    Muxalifet2 - 30-12-2022

  3. Paytaxtda qadının evinə qonaq gələn kişinin özünü 13-cü mərtəbədən atmasının TƏFƏRRÜATI / VİDEO

    Dekabrın 28-də gecə saatlarında Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü kişi çoxmərtəbəli binadan yıxılaraq ölüb.

    İctimai TV hadisənin təfərrüatını araşdırıb.

    Məlum olub ki, həmin şəxs 13-cü mərtəbədən yıxılmayıb, özünü atıb.

    Muxalifet2 - 30-12-2022

  4. HƏRMƏYLİK GÜNÜ İLƏ BAĞLI ELÇİBƏYİN MƏZARI ZİYARƏT EDİLDİ - Fotolar

    Bu gün Azərbaycan Bütövlük Platforması və Milliyyətçi Hərəkatçılar Birliyinin rəhbər orqanları 31 dekabr Həmrəylik Günü ilə bağlı Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.
    Muxalifet.az xəbər verir ki, tədbiri açıq elan edən ABP sədri Bəhram İsmayıl Milli Həmrəylik Günü münasibəti ilə tədbir iştirakçılarını salamlayıb və Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib.
    MHB İdarə Heyətinin üzvü Qorxmaz İbrahim “sərhəd hərəkatı”nın mühüm əhəmiyyətindən danışıb.

    Muxalifet2 - 30-12-2022

  5. Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı azaldıldı - VİDEO

    Bu gündən Naxçıvanda şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.

    Muxalifet2 - 30-12-2022

  6. Azərbaycanda xəstə yaxınına qulluq edən 97 min şəxsin əmək hüquqları tanınmır - VİDEO

    Azərbaycanda xəstə yaxınına qulluq edən bəzi şəxslər əmək hüquqlarının tanınmamasından gileylidirlər.

    Hüquqşünasların bildirdiyinə görə, Azərbaycan qanunvericiliyinə görə, xəstə ailə üzvlərinə qulluq edən şəxslərin əmək münasibətlərinin tanınması mümkün deyil.

    Muxalifet2 - 30-12-2022

  7. ​ADP AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ

    ADP İdarə Heyəti Azərbaycan xalqını qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə də təbrik edib. Muxalifet.az xəbər verir ki, təbrikdə deyilir:
    Əziz həmvətənlər!
    Dünya azərbaycanlılarının ən şərəfli bayramlarından olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirik.

    Muxalifet2 - 30-12-2022

  8. ​“Baku Stell Company” şirkətində ölüm faktının üstü necə ört-basdır edilib… - ŞOK İDDİALAR

    Bakı şəhər sakini Babayev Balasər Baratəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia  edir ki, illərdir işlədiyi “Baku Stell Company” şirkətində haqsızlıqla üzləşib.
    “Man, Babayev Balasər Baratəli oğlu, yazıb sizə bildirirəm ki,  illərdir “Baku Stell Company” şirkətində işləyirəm.  6 ay bundan qabaq iş vaxtı əlim valda qalıb, travma almışam, 2 barmağım amputasiya olunub. İllərdir işlədiyim şirkət mənə heç bir köməklik etmədi. Sığorta pulu belə vermədilər.

    Muxalifet2 - 2-01-2023

  9. Vasif Talıbov 40 milyonluq villasını satışa çıxardı - FOTO

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. V.Talıbov vəzifədən gedəndən sonra da onun personasına maraq azalmayıb.  

    Muxalifet.az xəbər verir ki, "Yeni Sabah" saytı keçmiş sədrlə bağlı maraqlı məlumat əldə edib.

    Muxalifet2 - 2-01-2023

  10. “Deyirsiniz ki, “evinizdə olmuşam”, siz mənim evimi tanıyırsınız?” - QAZİ İCRA NÜMAYƏNDƏSİNƏ ETİRAZ ETDİ

    Sabirabadda Vətən müharibəsi qazisi icra nümayəndələri ilə görüşdə icra başçısının qazi və şəhid ailələrinə biganə münasibətindən gileylənib.

    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, iki ildir əlil arabasına məhkum qalan qazi sağlamlığına qovuşmaq istədiyini, lakin ötən dövr ərzində müalicəsinə diqqət göstərilmədiyini bildirib.

    Muxalifet2 - 3-01-2023

  11. “TƏRTƏR İŞİ”NİN QURBANLARI HAQDA ŞOK FAKTLAR – Onlar nə üçün və kimlərin sifarişi ilə öldürülüb, işgəncələrə məruz qalıb…

    Onlarla işgəncə qurbanı, vətənə xəyanətdə təqsirləndirilən 25 nəfər və işgəncədən ölən 9 nəfər - bu, Azərbaycan ordusunda Ermənistanın xeyrinə casusluqla bağlı 2017-ci ildəki dindirmələrin nəticəsidir.
    Muxalifet.az
    "Tərtər işi" qurbanlarının yaxınları ilə söhbət edib:
    "Tərtər işi"nə görə mühakimə olunmuş Emil Əliyevin atası Nəsir Əliyev oğlu “dövlətə xəyanət” ittihamıyla həbs edildikdən sonra, o, Xaçmaz kəndlərindən birindəki evini qoyub Bakıya köçüb.

    Muxalifet2 - 26-11-2019

  12. Bu ildən ƏDV-nin neçə faizi geri qaytarılacaq? - DEPUTAT AÇIQLADI

    “Yanvarın 1-dən Vergi Məcəlləsində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də “ƏDV-ni geri al” qaydaları ilə bağlıdır. Artıq bu aydan etibarən plastik kartdan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15 deyil, 17,5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10 deyil, beş faizini geri ala biləcəklər”. 

    Muxalifet.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

    Muxalifet2 - 3-01-2023

  13. ​“Tərtər işi”ndəki işgəncə faktlarında “5-ci kolon”un əli olub… - ORDUMUZDAKI XAİN ŞƏBƏKƏNİN GERÇƏK NİYYƏTLƏRİ ORTAYA ÇIXIR…

    Azərbaycan mediasının başlıca mövzusuna çevrilən “Tərtər işi”-nin 2016-cı ilin aprel döyüşlərindən sonra bir tərəfdən ordu rəhbərliyindəki xəyanətkar qrupun öz əməllərini ört-basdır etmək, məsuliyyətdən qaçmaq, digər yandan isə həmin döyüşlərdə şücaət göstərmiş Azərbaycan əsgərini, gizirini, zabitini sındırmaq, gözdən salmaq üçün törədilən düşünülmüş çirkin təxribat olduğu getdikcə daha çox aydınlaşmağa başlayır. Məlum olur ki, bu iş ilk gündən indiyə kimi Azərbaycan Ordusunu ləkələmək, nüfuzdan salmaq üçün istifadə olunmaqdadır...

    Muxalifet2 - 3-05-2021

  14. ​“TƏRTƏR CİNAYƏTLƏRİ” ÇÖZÜLÜR… - Bu işin arxasında duran məmurları siz də tanıyın…

    2017-ci ildə çoxsaylı hərbçilərə qarşı aparılan cinayət işindəki qanunsuzluqlar və istintaq çərçivəsində ordunun ruhunu sarsıtmağa yönələn dəhşətli işgəncələr uzun zamandır ictimaiyyətin gündəmindədir.

    Muxalifet2 - 15-10-2022

  15. Xersonda azərbaycanlı qız qətlə yetirildi - VİDEO

    Ukraynanın Xerson vilayətində itkin düşən azərbaycanlı qızlardan biri − Ofelya Mənsimovanın meyiti tapılıb.

    Bu barədə Baku TV-nin Ukraynadakı əməkdaşı Mübariz Aslanov məlumat verib.

    Meyitin üzərində zorakılıq əlamətlərinin olduğu qeyd edilib.

    Ətraflı süjetdə:

    Muxalifet2 - 3-01-2023

  16. “Dekabrın 10 günü evdə olmamışam, necə ola bilər ki, mənim sayğacım 180 AZN pul yazıb?!” – 71 YAŞLI QADIN “AZƏRQAZ”DAN ŞİKAYƏTÇİDİR…

    Bakı şəhəri, Kürdəxanı kəndi, Məhəmmədi sovxozunda yaşayan Həsənova Firuzə Həsən qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
    Şikayətçi “Azərqaz”ın onun evinə quraşdırdığı sayğacın düzgün işləmədiyini iddia edir:
    “Mən, Həsənova Firuzə Həsən qızı, dəfələrlə “Azərqaz” əməkdaşlarına şikayət etsəm də, mənim şikayətimə baxılmır.  71 yaşım var. Dəfələrlə deyirəm ki, mən tək yaşayıram, bir ay üçün 2 otaq evə 150-180 AZN qaz pulu gələ bilməz. Adam gətirin sayğaca baxsın desəm də, heç bir fayda yoxdur.

    Muxalifet2 - 4-01-2023

  17. ​Gürcüstan Prezident Administrasiyası qarşısında aksiya! – HƏKİMLƏR DƏ SAAKAŞVİLİYƏ AZADLIQ TƏLƏB ETDİ!

    Gürcüstanda bir qrup həkim Prezident Administrasiyası qarşısında aksiya keçiriblər.
    Qafqaz.media xəbər verir ki, onlar prezident Salome Zurabişvilini ölkənin üçüncü prezidenti Mixail Saakaşvilini əfv etməyə çağırıblar.
    Aksiyaçılar onu da qeyd edib ki, Saakaşvilini xilas etmək üçün əhalinin böyük fəallığı lazımdır.
    “Biz həkimlər, pasiyentimizin hüquqlarının qorunmasını tələb edirik. Xəstə qucağımızda ölür. Biz əhalini daha fəal olmağa çağırırıq. Gəlin, prezidentin hüquqlarını qoruyaq!”, - deyə etirazçılardan biri Manana Djebaşvili bildirib.

    Muxalifet2 - 4-01-2023

  18. “FÖVQƏLNAZİR” SATIŞA ÇIXARDIĞI OTELİNƏ 3 İLDİR MÜŞTƏRİ TAPA BİLMİR - Riqadakı "Roma" otelinə 13,3 milyon avro xərclənib…

    Kəmaləddin Heydərov 3 ildən bəridir ki, Riqadakı "Roma" otelinə müştəri tapa bilmir.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə tanınmış jurnalist Cavanşir Həsənli özünün “Facebook” səhifəsində yazıb.
    Məlumata əsasən, Riqanın mərkəzində yerləşən otel hazırda satışdadır, lakin Heydərovun otelə çəkdiyi 13.2 milyon avroluq xərcə baxmayaraq baha hesab olunur.
    “Satışın səbəbi bəlli olmasa da, böyük ehtimalla bu, Heydərovun öz biznesini bütünlüklə Avropadan çıxarıb daha təhlükəsiz hesab etdiyi Birləşmiş Ərəb Əmirliklərində cəmləşdirmək niyyəti ilə bağlıdır.

    Muxalifet2 - 5-01-2023

  19. ARTIQ 29 ÖLKƏDƏ KORONOVİRUSUN "SUPER VARİANT"I AŞKARLANIB - "Kabus" geri qayıdır?

    Koronavirusun mutasiyaya uğramış yeni forması “Omikron XBB.1.5” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.

    Bu barədə “Politico” xəbər verir.

    Qeyd olunub ki, yeni “Super Variant” ştamı artıq bir neçə qitənin 29 ölkəsində tapılıb.

    Muxalifet2 - 5-01-2023

  20. Gömrük generallarının həbs müddəti uzadıldı

    Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov və Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.

    APA-nın əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının vəsatətləri əsaslı hesab olunub.

    Qərara əsasən, Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri daha 3 ay uzadılıb.

    Muxalifet2 - 5-01-2023

Pages