“Qarabağ əlillərinə ayrılan vəsaitlər illərdir onlara verilmir…” - QARABAĞ QAZİSİ PARTİYA SƏDRİNƏ MÜRACİƏT ETDİ
27-12-2022 11:55
Baxış sayı:
1087

Qarabağ qazisi, jurnalist Məğrur Bədəlsoy Ağamalı oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Saytımız vasitəsilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna müraciət edən M.Bədəlsoyun müraciətini olduğu kimi dərc edirik”
“Hörmətli Sərdar bəy!
Qarabağ əlillərinə ayrılan vəsaitlər illərdir onlara verilmir. Son illərdə hətta sanatoriya-kurort müalicəsi və istirahət hüquqlarına da qadağa qoyulub.
Saytdan çıxarışı əlavə edib, partiya olaraq səlahiyyətlərinizdən yararlanmağı və Qarabağ əlilləri üçün qanunvericilikdə nəzərdə tutulan əlavələrin, güzəştlərin verilməsində yardımçı olmağınızı diləyirik”.
Muxalifet.az