Saleh Məmmədovun biznesmen müşaviri: Milyonluq mülklər, şirkətlər necə əldə edilib? - ARAŞDIRMA

Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı bir vaxtda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun özünün və oğlunun böyük şirkətləri üzə çıxıb.
Qaynarinfo-nun araşdırmasına görə, uzun illərdir yol infrasturkturu ilə bağlı mühüm dövlət vəzifələrində çalışan Şahin İbadov bu dövr ərzində özünə və ailəsinə böyük biznes imkanları qurmağı da bacarıb.
Əvvala qeyd edək ki, Ş.İbadov Şəki və Oğuz yol tikinti istismarı idarəsinin rəisi, Bakı 4 saylı idrənin rəisi, "AzərAvtoyol Təchizat İdarəsi”nin rəisi, "Azəravtoyol” sədrin məsləhətçisi vəzifəsində çalışıb və hazırda isə AAYDA sədrinin müşaviridir.
Ş.İbadov həm də Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusudur.







