Axtarış
The search found 105706 results in 0.041 seconds.
Search results
Beyləqanda yüksək vəzifəli şəxslər saxlanıldılar - XÜSUSİ ƏMƏLİYYAT
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dekabrın 26-da Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində xüsusi əməliyyat keçirib.
Muxalifet2 - 28-12-2022
Xankəndi-Laçın yolunda etiraz aksiyası axşam da davam edir - YENİLƏNİB + FOTO/VİDEO
Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.
“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, rus dilində isə "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Muxalifet2 - 28-12-2022
Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi
Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.
Muxalifet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də bununla bağlı sərəncam imzalayıb.
A.Zeynalov həmçinin Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.
Muxalifet2 - 28-12-2022
Vasif Talıbov yaşadığı qəsrdən çıxarılıb? - Naxçıvandakı yoxlamalar genişləndirilib
Vasif Talıbovun Naxçıvandakı 27 illik idarəçiliyindən ən çox zərər çəkənlər sahibkarlardır. Məlumata görə, ötən illər ərzində orada çoxsaylı qanun pozuntularına, haqsızlıqlara yol verilib. Naxçıvanda sahibkarlar tikinti işləri aparanda onlara saysız-hesabsız ziyanlar vurulub. Naxçıvan şəhərində biznes obyektləri, yeməkxanalar, dükanlar və digər bu kimi sahələr qanunsuz olaraq sökülüb. Bu zaman sahibkarlara dəyən ziyana görə heç bir kompensasiya ödənilməyib.
Muxalifet2 - 28-12-2022
NAXÇIVAN MUXTAR RESPUBLİKASINA YENİ DAXİLİ İŞLƏR NAZİRİ TƏYİN OLUNDU - Sərəncam / Yeniləndi
Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.
Muxalifet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də bununla bağlı sərəncam imzalayıb.
Muxalifet2 - 28-12-2022
RASİM MƏMMƏDOVA HÖKM OXUNDU - Ağır cəza kəsildi
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova - Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
İttihamda göstərilib ki, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib.
Muxalifet2 - 28-12-2022
"Dünənə kimi səsimizi çıxara bilmirdik" - NAXÇIVANDA TAKSİ SÜRÜCÜLƏRİ ETİRAZA QALXDI / Video
Bu gün Naxçıvanda bəzi taksi sürücüləri etiraz aksiyası keçirib.
BBC News Azərbaycancaya danışan sürücülər deyiblər ki, bu ilin martında istifadə etdikləri şəxsi maşınlarını Naxçıvanda yığılan Naz-Lifan markalı taksilərlə əvəz etməyə məcbur olublar.
Muxalifet2 - 28-12-2022
Bəxtiyar Hacıyev 14 gündür aclıq edir
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 14 gündür aclığı davam etdirir.
Dekabrın 28-də vəkillər Şəhla Hümbətova, Zibeydə Sadıqova və Aqil Layıc 1 saylı Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb. Görüş 3 saatdan çox davam edib.
Vəkil Şəhla Hümbətova Amerikanın Səsinə deyib ki, Bəxtiyar Hacıyev aclığı davam etdirir və sonadək aclığı davam etdirməkdə israrlıdır.
Muxalifet2 - 28-12-2022
“Bəzi saytlarda "SİRAB"ın guya Vasif Talıbova məxsus olması haqda yayılan fikirlər cəfəngiyyatdan başqa bir şey deyil” – ŞİRKƏT RƏHBƏRİNDƏN AÇIQLAMA
“Son günlər bəzi saytlarda "SİRAB"ın guya Vasif Talıbova məxsus olması və “SİRAB” sularının satışının da V.Talıbovun “Gəmiqaya” şirkəti tərəfindən həyata keçirildiyinə dair yayılan fikirlərin heç bir əsası yoxdur və cəfəngiyyatdan başqa bir şey deyil”.
Muxalifet.az Babək “Sirab” ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentinə istinadən xəbər verir ki, bu barədə Babək "SİRAB" ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzov mövzu ilə əlaqədar verdiyi açıqlamasında deyib.Muxalifet2 - 29-12-2022
MTN generalının müsadirə olunan əmlakları geri qaytarıldı - SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklar geri qaytarılıb.
Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Muxalifet2 - 29-12-2022
İsinmədik istisinə, kor olduq tüstüsünə...
SOCAR yalnız bir ildə dövlətimizə 4 milyard manatdan artıq zərər vurub. Belə yerdə deyirlər ki, qızınmadıq istisinə, kor olduq tüstüsünə. Ölkənin nefti, qazı verilib bu şirkətə. Normal məntiqlə bu zəngin şirkət dövlətimizə hər il milyardlarla manat fayda verməli idi. Ancaq korrupsiya imkan vermədi.
Muxalifet2 - 23-06-2021
Azad olmaq üçün azadlığın önəmini dərk etməliyik…
Ölkədəki hakimiyyət mənsubları hüququ saymamaqda davam edir. Görünür hakimiyyət əbədilik iddiasındadır. Ancaq bu o demək deyil ki, hakimiyyət mənsubları istədiklərinə nail olacaqlar. Axı xalq olaraq biz də zəif, qorxaq, müti deyilik. 1988-ci ildən başlayan meydan hərəkatı zamanı 100 minlərin iştirakı ilə keçirilən davamlı kütləvi aksiyalar, 1990-cı ilin 20 yanvar hadisələri zamanı göstərdiyimiz kütləvi qəhrəmanlıq Sovet İttifaqı kimi nəhəng bir imperiyanın çöküşündə misilsiz rol oynadı.
Muxalifet2 - 20-12-2021
Bu vəziyyətlə barışmamaq vətəndaşlıq borcumuzdur
Hər dəfə deyirik, bu qədər olmaz. Ancaq hər dəfə də qarşımıza daha betərilə çıxırlar. Azərbaycan hakimiyyəti hər dəfə bizi təəccübləndirə bilir. Tofiq Yaqublu yazır ki, ona işgəncə verilməsilə bağlı Səbail rayon prokurorluğuna verdiyi şikayətlə bağlı prokurorluğun qərarı ona indi təqdim olunub. Həmin qərara görə, hamımızın şahid olduğumuz xəsarətləri guya Tofiq Yaqublu özü polisə şər atmaq məqsədilə polis bölməsində özünü divara, yerə vuraraq və əllərilə sifətinə zərbələr endirərək yetirib.
Muxalifet2 - 18-01-2022
ABŞ-ın demokratiya çağırışlarına cavab veriləcəkmi?
ABŞ prezidenti Cozef Bayden 28 May Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Ölkə başçısına ünvanlanan təbrik məktubunda ABŞ prezidenti İlham Əliyevi Azərbaycanda real islahatlara çağırıb: "Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik".
Muxalifet2 - 23-05-2022
İnsan ləyaqətini alçaldan rəftara son qoyulmalıdır...
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə artıq 2 həftəyə yaxındır ki, cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir. Taleh bəy 7 il qapalı həbsxanada cəza çəkdikdən sonra 12 saylı CÇM-nə göndərilib. Orada məruz qaldığı təhqiramiz münasibət və hədələrə etiraz edərək aclıq aksiyasına başlayıb. 13 gündür ki, aclıq aksiyasını davam etdirir. Son həftələrdə Müsəlman Birliyi Hərəkatının daha 4 üzvü də müxtəlif qurama ittihamlarla həbs olunub.
Muxalifet2 - 9-12-2022
Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin dekabrın 28-də axşam saatlarında 14 gün sürən aclıq aksiyasını dayandırdığı bildirilir.
Bu barədə dekabrın 29-da gənc fəalla görüşən onun vəkili Aqil Layıc məlumat verib. Vəkilin sözlərinə görə, B.Hacıyev aksiyanı hər hansı təzyiq olmadan dayandırıb: "Bəxtiyar bəy ictimaiyyətin, vəkillərin mövqeyini və ailəsinin xahişini nəzərə alaraq aclıq aksiyasını dayandırıb".
A.Layıc qeyd edib ki, hazırda B.Hacıyev həkimin nəzarəti altında qida qəbul edir: "Səhhəti hazırda normaldır".
Muxalifet2 - 29-12-2022
"YOLKA BƏZƏMƏK GÜNAHDIR..." - Türkmənistanda Yeni il şənlikləri keçirmək qadağan edildi
Türkmənistanın vilayətlərində şirkətlərə və sakinlərə Yeni il şənlikləri keçirmək qadağan edilib. Elə bayram mövsümü başlayandan restoranlar, barlar iş saatlarını azaldıblar. Bu təcrid olunmuş repressiv ölkədə dövlət rəsmiləri qadağanı izah etməyiblər.
Muxalifet2 - 29-12-2022
Daha bir generalı işdən çıxarıldı - Gömrük Komitəsindən AÇIQLAMA
Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Fazil oğlu Vahabov işdən çıxarılıb.
Muxalifet.az xəbər verir ki, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bununla bağlı əmr imzalayıb.
Muxalifet2 - 29-12-2022
"Rəvan Fətəliyev müharibə iştirakçısı olmayıb..." - Ağdaşda özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq Ağdaşda özünü yandıran şəxslə bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında özünü yandırmış 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev ümumiyyətlə müharibə iştirakçısı olmayıb, ona müharibə ilə əlaqədar əlillik təyin edilməyib.
Qeyd edək ki, bəzi sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısının özünü yandırmasına dair məlumat və videogörüntülər paylaşılıb.
Muxalifet2 - 29-12-2022
Vasif Talıbovun qardaşı vəzifədən azad edildi - RƏSMİ
Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.
Qafqaz.media xəbər verir ki, M.Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.
Onun yerinə hələlik təyinat yoxdur.
Muxalifet2 - 29-12-2022