Axtarış
The search found 105706 results in 0.064 seconds.
Search results
“Nar” abunəçiləri eSIM-lə rəqəmsal rahatlığı seçir!
Azərbaycanda ilk dəfə “Nar” tərəfindən üztanıma texnologiyası ilə təqdim olunan eSIM xidmətindən yararlanan abunəçilərin sayı artmağa davam edir. Tamamilə onlayn şəkildə xidmətə qoşulma imkanı sayəsində son 1 ay müddətində rəqəmsal nömrəsini aktivləşdirən abunəçilərin sayı 24% artıb. Mobil operatorun verdiyi məlumata görə qoşulan cihazlar arasında liderlik iPhone və Samsung markalı telefonların payına düşür.
Muxalifet2 - 28-10-2022
QULDURLUQLA ÜZLƏŞƏN SAHİBKARIN ŞİKAYƏTİNƏ BAXILMIR – Ölkə rəhbərliyinə müraciət / VİDEO
Göyçay rayon sakini, sahbkar Nuriyev Məhi Asim oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsi ilə Prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müracət edən sahibkar iddia edir ki, ona qarşı törədilən quldurluq faktı ilə bağlı şikayətinə baxılmır:
“Mən sahibkar kimi Göyçay rayonu Mirzəhüseynli kəndində bağçılıq təsərrüfatı ilə məşğul oluram. Təsərrüfatımda bir neçə nəfər işləyir. Hətta onlardan biri şəhid ailəsidir.Muxalifet2 - 31-10-2022
İCRA BAŞÇISININ QARDAŞI UCARI SÖKÜB-TALAYIR… - Rayon sakinləri Müşfiq Məmmədovdan şikayətçidir
Ucar rayonunun bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun fəaliyyətindən narazıdır:
“Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində əhali arasında ciddi narazılıq yaranmış, korrupsiya əməllərinə görə dövlətə külli miqdarda ziyan dəyməkdə davam edir.Muxalifet2 - 31-10-2022
GÖYÇAYLI SAHİBKARIN AÇIQLAMASINA DİN-dən REAKSİYA – “Vətəndaşın müraciətinin polis şöbəsində araşdırılmaması barədə səsləndirilən iddialar əsassızdır”
Muxalifet.az saytında dərc olunan “QULDURLUQLA ÜZLƏŞƏN SAHİBKARIN ŞİKAYƏTİNƏ BAXILMIR – Ölkə rəhbərliyinə müraciət” sərlövhəli yazıya Daxili İşlər Nazirliyindən (DİN) reaksiya verilib.
Muxalifet2 - 31-10-2022
MÜXALİF PARTİYA SOÇİ GÖRÜŞÜ İLƏ BAĞLI ƏLİYEVƏ MÜRACİƏT ETDİ – “Ərazi bütövlüyümüzü, suverenliyimizi təhdid edən təklifləri neytrallaşdırın...”
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiya prezidenti V.Putinin “Valday” görüşündə Azərbaycanla Ermənistan arasında Avropa İttifaqının təklif etdiyi sülh sazişinin alternativi kimi, üçtərəfli 10 noyabr 2022-ci il tarixli sazişinin ruhuna zidd olaraq və Azərbaycanın suverenliyini kölgə altına salan yeni təkliflə çıxış etməsi məsələsinə münasibət bildirib.
Muxalifet2 - 31-10-2022
AYB-nin 13-cü qurultayı... - "Desəm öldürəllər, deməsəm ölləm" silsiləsindən...
Azərbaycan yazıçılarının 13-cü qurultayı necə keçirilib, Anar niyə sədr postun itirmək istəməyib? Çingiz Abdullayev jurnalistin iddialı sualına nədən əsəbi cavab verib? Ramiz Pövşən müsahibəsində niyə ikibaşlı fikir səsləndirib? "Bunlar Xalq yazıçısıdı, nə səbəbdən xalqın dərdini, ağrı-acısını dilə gətirmirlər?" və s. və. i.a.
Bütün bu suallar, bu yanaşma və münasibətlər səd heyif ki, bir baxış bucağının məhsuludur və şəxsən mənə görə, çox məhdud və subyektiv yanaşmadır. Niyəsini deyim.Muxalifet2 - 1-11-2022
“Əvəz Zeynallının vəziyyəti getdikcə daha da pisləşir” - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, jurnalist Əvəz Zeynallı barəsində ev dustaqlığı vəsatətinin təmin edilməməsinə dair Binəqədi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib. Bu barədə jurnalistin vəkili Aqil Layıc məlumat verib. “Ümid edirəm ki, apelyasiya şikayətimiz təmin ediləcək, Əvəz Zeynallı ev dustaqlığına buraxılacaq”, - deyə vəkil bildirib.
Muxalifet2 - 1-11-2022
“Bizim Market”də qalmaqal: rəhbərlik hədə-qorxu ilə pul tələb edir?
“Bizim Market” MMC-yə daxil olan market rəhbərləri icraçı direktorlar Fərid Ələkbərov və Ramin Şirinovdan şikayətçidirlər.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, hər iki şəxs şirkət bağlandığı üçün mağaza müdirlərini hədələyərək, onlardan külli miqdarda pul tələb edirlər.Muxalifet2 - 1-11-2022
ŞEYX NİYƏ “QARDAŞLARI”NA QARŞI ÇIXDI? - Allahşükür Paşazadənin İranla bağlı açıqlamalarının pərdəarxası
Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə ölkə televiziyalarından birinə verdiyi müsahibədə "qardaşım məni erməniyə satdı" deyə İrandan gileylənib. Əslində, şeyx bu açıqlamanı çoxdan dilə gətirməliydi. Amma onun bu gün belə, İrana qarşı “açıq çıxışı”nın nə qədər səmimi olduğu düşündürücüdür.
Muxalifet2 - 1-11-2022
Əliyev Soçidə “sülhməramlılar”ın mandatının uzadılması təklifini rədd edib – PAŞİNYAN AÇIQLADI
“Ermənistan tərəfi Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılmasını təklif edib, lakin bu təklif rədd edilib”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
Bununla belə, Paşinyanın sözlərinə görə, “məsələ artıq aktuallaşır və gündəliyə daxil ediləcək”.
“İrəvan üçün bu faktı möhkəmləndirmək vacib idi ki, tərəflərdən heç birinin sülhməramlıların mandatının avtomatik uzadılması ilə bağlı etirazı yoxdur və olmayacaq”, - Paşinyan bildirib.Muxalifet2 - 2-11-2022
“İRAN AZƏRBAYCANA SİLAHLI MÜDAXİLƏYƏ HAZIRLAŞIR” – “İranda keçirilən etiraz aksiyaları Tehrana bunun üçün lazımdır…”
Türkiyə Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı, hazırda İstanbul Topqapı Universitetinin əməkdaşı Cihat Yaycının sözlərinə görə, İranın Azərbaycan Respublikasına qarşı hərbi müdaxilə planları var.
Qafqaz.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaycıi bunu Qara Dəniz Texniki Universitetinin Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi simpoziumdakı çıxışında deyib.Muxalifet2 - 2-11-2022
DİN-dən Tahir Ağakərimovun polisə çağırılması ilə bağlı AÇIQLAMA
Muxalifet.az saytında dərc olunan “Tahir Ağarəhimov niyə polis bölməsinə aparılıb?” sərlövhəli yazıya Daxili İşlər Nazirliyindən reaksiya verilib.
Belə ki, DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Muxalifet.az-a açıqlamasında Tahir Ağarəhimovun polis bölməsinə aparılması ilə bağlı məsələyə münasibət bildirib.Muxalifet2 - 2-11-2022
Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb - FOTO
MTM (Media Təhlil Mərkəzi) Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb.
Muxalifet2 - 4-11-2022
Sumqayıt təhsilinin keçmiş rəhbərinin tükürpədici cinayətləri – ŞOK FAKTLAR
2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan və 2 ildən artıq dövr ərzində bu struktura rəhbərlik etmiş Arzu Əlizadə Regional Təhsil İdarəsi yaradılarkən İdarənin Sumqayıt sektoruna müdir təyin edilib. Bu günlərdə bu postunu da itirən A.Əlizadənin qanunsuz əməlləri barədə saytımıza daxil olan faktlar, əslində, idarənin həmin dövrkü fəaliyyətinin ciddi araşdırılması və bu hallara hüquqi qiymət verilməsini tələb edir.
Muxalifet2 - 4-11-2022
Azərbaycanda "TikTok"-un fəaliyyəti bərpa olundu - RƏSMİ
Azərbaycanda"TikTok"-un fəaliyyətinə qoyulmuş qadağa aradan qaldırılıb. Bu barədə noyabrın 5-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti özünün facebook səhifəsində məlumat yayıb.
Muxalifet2 - 6-11-2022
İşdən çıxarılan nazir müavini bu cinayətləri törətməkdə ittiham olunur...
Mədəniyyət nazirinin keçmiş birinci müavini Elnur Əliyev cinayət məsuliyyətinə cəlb olunsa da, istintaq getdiyi dövrdə azadlıqda qalmasına qərar verilib. Noyabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində onun haqqında başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.
Muxalifet2 - 4-11-2022
Müxalif partiya Rusiya hərbçilərinin Qarabağdan çıxarılmasını tələb edir – BƏYANAT
Azərbaycan Demokrat Partiyası “8 Noyabr - Zəfər Günü” münasibətilə bəyanat qəbul edib. Muxalifet.az xəbər verir ki, bəyanatda deyilir:
Muxalifet2 - 7-11-2022
“İstəmirəm, başdaşıma tüpürsünlər” - İsfəndiyar Vahabzadə HƏP-dən istefa verdi
Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini İsfəndiyar Vahabzadə üzvü olduğu partiyadan istefa verib.
Muxalifet.az xəbər verir ki, bu barədə İsfəndiyar Vahabzadə “Osmanqızı TV”-yə danışıb.
O bildirib ki, bu addımı HƏP sədri Əli İnsanovun Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləməsinə etiraz olaraq atıb.
Muxalifet2 - 7-11-2022
Rusiyalı milyarderin yaxtasından 30 ədəd rəsm əsəri götürülüb - DƏYƏRİ 5 MİLYON AVRODAN ÇOXDUR...
Almaniya polisi rusiyalı oliqarx Əlişir Usmanovun “Dilbar” yaxtasının interyerinin bir hissəsi olan 30 rəsm əsərini müsadirə edib.
Qafqaz.media bu barədə “Süddeutsche Zeitung” saytına istinadən xəbər verir.
Muxalifet2 - 8-11-2022
ASTARA SAKİNİ 4 İLDİR ÇADIRDA YAŞAYIR… - O, müraciət etdiyi orqanlardan cavab ala bilmir / VİDEO
Astara rayon, Miki kənd sakini Hüseynova İlhamə Süleyman qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, artıq 4 ildir Miki kəndi ərazisində çadırda yaşamağa məcburdur.
Onun sözlərinə görə, ailəlidir, 3 övladı var və oğlunun birini hərbi xidmətə yola salmağa hazırlaşır.Muxalifet2 - 8-11-2022