Əliyev Soçidə “sülhməramlılar”ın mandatının uzadılması təklifini rədd edib – PAŞİNYAN AÇIQLADI
2-11-2022 11:53
Baxış sayı:
19858

“Ermənistan tərəfi Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılmasını təklif edib, lakin bu təklif rədd edilib”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
Bununla belə, Paşinyanın sözlərinə görə, “məsələ artıq aktuallaşır və gündəliyə daxil ediləcək”.
“İrəvan üçün bu faktı möhkəmləndirmək vacib idi ki, tərəflərdən heç birinin sülhməramlıların mandatının avtomatik uzadılması ilə bağlı etirazı yoxdur və olmayacaq”, - Paşinyan bildirib.