DİN-dən Tahir Ağakərimovun polisə çağırılması ilə bağlı AÇIQLAMA

Baxış sayı:
2494

Muxalifet.az saytında dərc olunan “Tahir Ağarəhimov niyə polis bölməsinə aparılıb?” sərlövhəli yazıya Daxili İşlər Nazirliyindən reaksiya verilib.
Belə ki, DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Muxalifet.az-a açıqlamasında Tahir Ağarəhimovun polis bölməsinə aparılması ilə bağlı məsələyə münasibət bildirib.
“Suraxanı rayonu, Qaraçuxur qəsəbə sakini, DİN-in təqaüdçüsü, 1-ci Qarabağ müharibəsinin veteranı Tahir Ağarəhimov yaşadığı ərazidən daxil olan müraciətlə əlaqəli polis bölməsinə dəvət olunmaqla araşdırma aparılıb. Həmin müraciətin onunla əlaqəli olmadığı məlum olduqdan sonra evinə yola salınıb. Vətəndaş onu narahat edən hallarla bağlı rayon polis idarəsinə dəvət olunaraq mahiyyəti üzrə ona izahat veriləcəkdir”, - deyə N.Əliyev bildirib.
DİN rəsmisi onu da vurğulayıb ki, qeyd olunan məsələ ilə bağlı vətəndaşın müraciətinin polis şöbəsində araşdırılmaması barədə səsləndirilən iddialar əsassızdır.
Muxalifet.az