​Tacikistan hərbçiləri Əfqanıstanla sərhədə yerləşdirildi - “TALİB”AN BU ÖLKƏNİ BİR HƏFTƏYƏ ƏLƏ KEÇİRƏCƏYİNİ İDDİA EDİR

Baxış sayı:
4468

Tacikistanın sərhəd bölmələrindən biri Əfqanıstan sərhədinə yaxın yerdə yerləşdirilib.
“ASIA-Plus”-un məlumatına görə, Şəmsiddini Şoxin (keçmiş Şuroabad) ərazisində yerləşən sərhəd naryadı Əfqanıstanla sərhədə yaxınlaşaraq, Tacikistan-Əfqanıstan sərhədindən 12 km aralıda yerləşdirilib.
Şəmsiddin Şoxin rayonunun sədri Zəfər Gülzodun sözlərinə görə, bu qərar iki ölkə sərhədində nəzarəti gücləndirəcək. “Əvvəlki dislokasiya yeri sərhəddən 20 km aralıda idi və oradan birbaşa sərhədlərə nəzarət etmək mümkün deyildi. Yeni sərhəd dəstəsi sərhəd nəzarəti üçün çətin hesab edilən yerdə yerləşir. Sərhədin tənzimləməsi davam edir, o cümlədən yol çəkilir, onun 30 km-ə yaxını artıq çəkilib”.
Bundan əvvəl “Taliban” Əfqanıstanın daxili işlərinə müdaxiləni dayandırmasa, Tacikistanı ələ keçirəcəkləri ilə hədələyib. “Taliban” iddia edir ki, Tacikistan bir həftəyə ələ keçirilə bilər.
Qafqaz.media