Axtarış

The search found 105712 results in 0.031 seconds.

Search results

  1. Britaniyanın baş naziri pakistan əsilli siyasətçi ola bilər - RƏHMAN ÇİŞTİ NAMİZƏD OLDU

    Britaniyalı deputat Rəhman Çişti hakim Mühafizəkarlar Partiyasına və Böyük Britaniya hökumətinə rəhbərlik etməyə 11-ci namizəd olub.

    “Report” xəbər verir ki, siyasətçi bu barədə tviter hesabında yazıb.

    “Mənə ambisiyalara əsaslanmış mühafizəkarlıq, yeni ideyalar və böyük ölkəmizə nəfəs verə və onu irəli apara biləcək yeni komanda mənim üçün vacibdir”, - R.Çişti yazıb.

    Muxalifet2 - 11-07-2022

  2. RUSİYA "ŞİMAL AXINI"NI DAYANDIRIR - Qərbi və Mərkəzi Avropa ölkələrinə təzyiq...

    Muxalifet2 - 11-07-2022

  3. Azərbaycanda benzin bahalaşa bilər - VİDEO

    Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin qalxacağı gözlənilir.
    Bu barədə Muxalifet.az Haqqın.az-a istinadən məlumat verib.
    Benzinin qiymətinin qalxmasına səbəb kimi dünya enerji bazarındakı volatillik göstərilir.
    Qeyd edək ki, hazırda “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 120 dollar ətrafında dəyişir.

    Muxalifet2 - 11-07-2022

  4. Uyğur qanunu Çinə necə təsir edir? – “Wall Street Journal”-ın ŞƏRHİ

    ABŞ-ın “Wall Street Journal” qəzetində prezident Cozef Baydenin imzaladığı, bir aya yaxındır qüvvəyə minən, Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun şərh edilib.

    Qanunu ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) 2021-ci ilin dekabr ayının 14-də, yuxarı palatası (Senat) dekabrın 16-da qəbul edib. Prezident Cozef Bayden qanunu 2021-ci il dekabrın 23-də imzalayıb. Qanun 2022-ci il iyunun 21-də qüvvəyə minib.

    Muxalifet2 - 11-07-2022

  5. Ermənistan ordusunun sirləri xarici kəşfiyyatın əlinə keçib - MƏXFİ MƏLUMATLAR NECƏ SIZDIRILIB...

    Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) xarici xüsusi xidmət orqanlarının xeyrinə hərbi casusluq hadisəsinin baş verdiyini açıqlayıb. Erməni mediası xəbər verir ki, bu, son aylarda ilk hadisə deyil.

    MTX-nin yaydığı məlumata görə, əks-kəşfiyyat idarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, casusluq edən Ermənistan vətəndaşının dövlət və rəsmi sirri təşkil edən məlumatlara çıxış olub.

    Muxalifet2 - 11-07-2022

  6. “İCRA NÜMAYƏNDƏSİ DEDİ Kİ, EVİN HƏR TƏRƏFİNƏ SU QOYUN, İLANLAR İÇƏRİ GİRMƏSİN” – Şəkidə vətəndaşın probleminin "həlli yolu"

    Şəki rayonunun Köbər Zəyzid kənd sakini Tünzalə Kərimova tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. T.Kərimova yazır ki, qarşılaşdığı problemlə bağlı aidiyyəti qurumlara müraciət etsə də, onun şikayətinə baxan yoxdur:

    Muxalifet2 - 11-07-2022

  7. Nazirlikdə kobud qanun pozuntusu – Borclu şirkət necə qalib oldu?

    Daha bir dövlət agentliyi tender qaydalarını pozub.
    “APA-Economics” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə tenderin qalibini açıqlayıb.

    Muxalifet2 - 11-07-2022

  8. BAYDEN RUSİYA İLƏ DÖYÜŞMƏK ÜÇÜN YAXIN ŞƏRQƏ GEDİR – Bu səfər zamanı İranın bütün region ölkələri üçün yaratdığı təhlükə də müzakirə olunacaq

    ABŞ prezidenti Co Bayden bu həftə Yaxın Şərq turuna başlayır. Səfər zamanı İsrailə, İordan çayının qərb sahilinə baş çəkəcək və Ər-Riyadda Səudiyyənin faktiki hökmdarı Məhəmməd bin Salman ilə danışıqlar aparacaq.

    Muxalifet2 - 12-07-2022

  9. Abenin öldürülməsi ilə gündəmə gələn “Moon” təriqəti haqda şok faktlar! - YAPONİYANI ÇALXALAYAN QƏTL OLAYININ GİZLİNLƏRİ

    Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin öldürülməsi ilə gündəmə gələn “Moon” təriqəti yenidən dünyanın diqqət mərkəzinə düşüb. "Dünya Sülh və Birləşmə üçün Ailə Federasiyası" və ya sadəcə olaraq "Birlik kilsəsi" kimi tanınan bu təşkilat 1954-cü ildə bugünkü Şimali Koreyada fermer ailəsində anadan olmuş Sun Myung Mun tərəfindən yaradılmışdır.

    Muxalifet2 - 12-07-2022

  10. “İÇƏRİ GİRİN, İÇƏRİDƏ QALIN VƏ BİZİ İZLƏYİN!” – Nyu-Yorkda əhaliyə “nüvə hücumu” xəbərdarlığı…

    Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayırlar. Rusiyadan gələn xəbərlər isə bu gərginliyin daha da artacağından xəbər verir. Çünki Kremlin idarə etdiyi media son günlər nüvə təhdidlərini daha da artırıb.

    Muxalifet2 - 12-07-2022

  11. DAHA BİR QAZİ İNTİHAR ANONSU VERDİ – “İcra Hakimiyyətindən iş istədim, məni təhqir edib, polisin müdaxiləsi ilə uzaqlaşdırdılar”

    Peşəkar idmançı olan Kamil Əzizov:“İşlə təmin olunmam üçün müvafiq qurumlara rəsmi şəkildə 150-dən çox məktub ünvanlamışam, amma…”

    Muxalifet2 - 13-07-2022

  12. 300 HƏRBÇİ, 18 TANK, 2 TƏYYARƏ… - Rusiyanın Ukraynadakı itkiləri haqda son açıqlama

    Ukraynada 141 gün davam edən müharibədə Rusiya 37 870-ə yaxın hərbçi, 1667 tank və 219 təyyarə itirib.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”-da məlumat yayıb.
    24 fevral - 14 iyul tarixlərində Rusiya Federasiyasının ümumi döyüş itkiləri təxminən belədir:
    Canlı qüvvə - təxminən 37 870 (+300) nəfər,
    tank - 1667 (+18) ədəd,
    zirehli döyüş maşınları - 3852 (+20) ədəd,
    artilleriya sistemləri - 840 (+1) ədəd,
    MLRS - 247 (+0),

    Muxalifet2 - 14-07-2022

  13. Əqli mülkiyyət hüquqlarının qorunması sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı - FOTOLAR

    Əqli mülkiyyət hüquqlarının qorunması Azərbaycanda dövlətin prioritet hesab etdiyi mühüm istiqamətlərdən biridir.

    Muxalifet2 - 14-07-2022

  14. ​Qarabağ qazisini yalvarmaqla intihardan çəkindirən qazi-jurnalist

    Qarabağ qazilərinin intihar(lar)ı yenə gündəm olub. Jurnalistlər “kefdədir”, yazmağa “ceyran beli”nə çıxmağa gərək yoxdur. Qəribə situasiya yaranıb və elə əvvəl də belə idi. Elə bil çəkişmə gedir: bir yanda ”intihar tərəfi”, o biri yanda “hökumət, dövlət tərəfi”. Müxalifət, jurnalist qurumları da hakim rolunda. Bircə şeyi deyək ki, Sabirabadın Qalağayın kəndindən olan qazi Elnur Cəfərovu intihardan saxlamaq olardı. Elə son çəkilişi aparanın özünün çabası ilə.

    Muxalifet2 - 15-07-2022

  15. ​“Bunun dövltimizə, iqtisadiyyatımıza və büdcəmizə çox xeyri olacaq…” – QAZİLƏR HÖKUMƏTƏ İŞSİZLİKDƏN “ÇIXIŞ YOLU”NU GÖSTƏRİRLƏR…

    Ucar rayonunda yaşayan Vətən müharibəsi qaziləri adından Vahidli Nahid Əlivahid oğlu və Cəfərov Vəli Musa oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə və «DOST» İş Mərkəzi MMC-nin rəhbəri Firuddin Cəbrayılova müraciət edən Vətən müharibəsi qazilərinin məktubunu olduğu kimi dərc edirik:
    “Hörmətli Prezident!

    Muxalifet2 - 15-07-2022

  16. SƏFƏR MEHDİYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Prezident sərəncam imzalayıb / YENİLƏNİB

    Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

    Muxalifet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Səfər Məmməd oğlu Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. Orta təhsili başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olub.

    Muxalifet2 - 16-07-2022

  17. "İQTİDAR DAXİLİNDƏ PREZİDENTƏ QARŞI GÜCLÜ KOMANDA VAR..." - Vitse-spikerdən ŞOK AÇIQLAMALAR

    Adil Əliyev: "Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək"

    "Azərbaycanda 5-ci kolonla bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar" 

    Muxalifet2 - 18-07-2022

  18. “Rusiyanın Azərbaycandakı adamları fəallaşıb, ölkədə təxribatlar ola bilər...” – PROFESSORDAN SENSASİON AÇIQLAMALAR

    Cümşüd Nuriyev: “Türkiyəyə qarşı təbliğat aparılması Azərbaycan dövlətinə xəyanətdir”

    “Azərbaycanda FETÖ-nün tör-töküntüləri də fəallaşıb, onlar tam təmizlənməyib”

    Muxalifet2 - 18-07-2022

  19. MİQ İMTAHANINDA BİABIRÇILIQ RƏSMƏN TƏSDİQLƏNDİ - Suallar bəzi namizədlərə əvvəlcədən verilib

    Azərbaycan Respublika Təhsil İnstitutu (ARTİ) Müəllimlərin İşə Qəbulu müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb.

    Bu barədə ARTİ-dən məlumat verilib.

    Qeyd olunub ki, həmin iddialarda iyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi əks olunur:

    Muxalifet2 - 18-07-2022

  20. "Dövlətimiz döyülən it kimi oradan çıxmalı olacaq" - RUS ORDU KOMANDANININ GİZLİ SƏS YAZISI YAYILDI / Video

    “Azadlıq” radiosunun “Donbass Realii” layihəsinin jurnalistləri Ukraynanın kəşfiyyat orqanlarından birindəki mənbələrindən Rusiya Federasiyasının 41-ci Ordusunun komandiri vəzifəsini icra edən polkovnik Oleq Korotkeviç ilə hərbi qulluqçuların ailələri arasında keçirilən görüşün audioyazısını əldə ediblər.

    Muxalifet2 - 18-07-2022

Pages