Axtarış

The search found 105712 results in 0.032 seconds.

Search results

  1. GORANBOYDA İCRA HAKİMİYYƏTİNİN ŞÖBƏ MÜDİRİ AİLƏLİ QADINI QAÇIRDI – 3 uşaq atası olan Şaiq Qəmbərlinin qaçırdığı Ülviyyə adlı xanımın da 2 övladı var…

    İki həftə əvvəl Qarabağ qazisi, Goranboy rayonunun Xoylu kənd sakini Anar Süleymanovu döyən şəxsə vəzifə verildiyi haqda məlumat dərc etmişdik. Hurriyyet.az bu barədə etibarlı qaynaqlara istinadən xəbər verirdi.

    Muxalifet2 - 1-07-2022

  2. ​DÖVLƏTİN VERDİYİ EVİ MƏCBURİ KÖÇKÜN AİLƏSİNƏ BAĞIŞLADI, ÖZ AİLƏSİ İSƏ UZUN İLLƏR KİRAYƏDƏ YAŞADI… - Mərhum jurnalistin xanımından sensasion müsahibə

    Afaq İsmayılova: “Hər süfrə açılanda biz Ənvər bəyin boşqablarını yenə də süfrəyə qoyuruq…”
    Birinci vitse-prezidentə müraciət: “Mənzil şəraitimiz çox ağır, dözülməz bir vəziyyətdir…”

    Muxalifet2 - 1-07-2022

  3. Prokuror İmişli rayonunun keçmiş icra başçısının 13 il həbs edilməsini istəyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun İcra Hakimiyyəti başçısı Vilyam Hacıyevin işi üzrə proses başa çatır.

    İyulun 1-də məhkəmə istintaqının başa çatdığı elan edilib.

    Dövlət ittihamçısı öz çıxışında Hacıyevin cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə 13 il azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş edib.

    Muxalifet2 - 1-07-2022

  4. Gömrük general-mayoru Ehtiram Xəlilovun kürəkəni də həbs olunub

    Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanıldı. General külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Yayılan rəsmi məlumatlarda general-mayoru Ehtiram Xəlilov 200 min manatdan çox rüşvət aldığı da yer alıb. Ehtiram Xəlilov DTX-a tərəfindən saxlanıldıqdan sonra işdən çıxarılıb.

    Muxalifet2 - 4-07-2022

  5. “Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

    “Nar” KSM istiqamətində gördüyü işləri yeni mərhələyə qaldıraraq dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşuldu.

    Muxalifet2 - 4-07-2022

  6. ÖZBƏKİSTANDA NƏ BAŞ VERİR? - Və yaxud Türk toplumları arasında iğtişaşın yardılmasında Rusiyanın nə kimi rolu var…

    Rusiyanın Ukraynaya təcavüzü gündəmi fəal zəbt edərkən, Belarus prezidenti Aleksandr Lukaşenkonun "post-sovet ölkələri suverenliklərini qorumaq istəyirlərsə, Rusiya-Belarus ittifaq dövlətinə yaxınlaşmalıdırlar" ifadəsi Moskvanın SSRİ-2 layihəsindən əl çəkmədiyini, bu fikri təxirə salmadığını, əksinə addım-addım buna doğru getdiyini göstərmiş oldu. Əlbəttə, rus dünyasının dəfələrlə elan olunan məqsədi "zorakı xeyirxahlıq"dır.

    Muxalifet2 - 5-07-2022

  7. AZƏRBAYCAN QURU SƏRHƏDLƏRİNİ NİYƏ QAPATDI? - Ölkəmizin təhlükəsizliyinə qarşı hansısa çirkin planlar işlənilir?

    Kifayət qədər böyük fikir ayrılıqlarının olduğu bu mövzuda cəmiyyət 3 hissəyə bölünüb - ““AZAL”-ı tənqid edənlər”, bu məsələni “daxili turizm”-lə əlaqələndirənlər, “təhlükəsizlik”-lə bağlı belə bir addımın atıldığını bildirənlər…
     

    Muxalifet2 - 5-07-2022

  8. Azərbaycanlı jurnalistlərin Şuşa ilə bağlı yazısı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb - SİYAHI

    Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə ekspert Elnur Eltürkün Şuşa ilə bağlı hazırladıqları yazı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb.

    Muxalifet2 - 5-07-2022

  9. “QARABAĞ AZƏRBAYCANDIR!” - Dövlət Komitəsində təqdimat mərasimi keçirildi / FOTOLAR

    Diasporla İş üzrə Dövlət Komitəsində şair-publisist, “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlunun (İsmayılov) “Qarabağ Azərbaycandır!” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
    Qafqaz.media xəbər verir ki, tədbirdə Milli Məclisin, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB), Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmi şəxsləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
    Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

    Muxalifet2 - 6-07-2022

  10. GÖMRÜKDƏ EHTİRAM XƏLİLOV KABUSU - Onun həbsi gömrükdə “təmizlənmə” əməliyyatının başlanğıcı hesab olunur

    “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması və barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi gömrükçülər arasında şoka səbəb olub. General-mayor rütbəsin 11 il əvvəl, 25 yanvar 2011-ci il tarixində alan Ehtiram Xəlilov 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə və 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

    Muxalifet2 - 6-07-2022

  11. ​“Nar” əyləncə dolu yay kampaniyasına start verir

    Əyləncə dolu bir yay keçirmək istəyənlər üçün “Nar” maraqlı fəaliyyətlərlə dolu yay kampaniyasına başlayır. Paytaxt Bakı və bölgələrdə keçiriləcək kampaniyada iştirak edənlər maraqlı oyunlara qatılaraq əylənəcək və “Nar”dan hədiyyələr qazana biləcək.
    Bundan başqa, mobil operatorun sosial media səhifələrində keçiriləcək müsabiqələrdə iştirak etməklə “Nar”dan dəyərli hədiyyələr, ən əsası, iki nəfərlik səyahət paketi qazanmaq şansı da əldə edirsiniz.

    Muxalifet2 - 7-07-2022

  12. ÜÇÜNCÜ DÜNYA SAVAŞI “QAPIDA”… - Boris Conconun istefaya məcbur edilməsinin sensasion detalları…

    Böyük Britaniya baş naziri Boris Consonun bu gün - 7 iyul 2022-ci il tarixində istefaya getməsi dünyanın siyasi gündəminə "şok" damğası vurdu. Belə ki, az əvvəl Consonun Böyük Britaniya kraliçası II Yelizavetaya zəng edib, onu istefası haqda xəbərdar etməsi barədə məlumat paylaşıldı. Hətta iş o yerə çatdı ki, Londonda Consonun istefasını tələb edən aksiyaçılar da peyda oldu.

    Muxalifet2 - 7-07-2022

  13. Xalidə Kəngərli ölümündən əvvəl hansı fotoları yaxınlarına göndərib? - YENİ DETALLAR

    Özünü yaşadığı binanın hündür mərtəbəsindən atan tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.

    Muxalifet.az Bizim.media-ya istinadən bildirir ki, Xalidə Kəngərlinin ölümündən əvvəl döyülməsi ilə bağlı bədənində müxtəlif işgəncə izlərinin olması ilə bağlı fotolar olub.

    Yaxınları tərəfindən həmin fotolar istintaqa təqdim edilib, araşdırılması istənilib.

    Muxalifet2 - 8-07-2022

  14. Azərbaycanda vəzifəli şəxs CƏZALANDIRILDI

    Xəzər dənizinin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

    Muxalifet2 - 8-07-2022

  15. G7 nazirləri G20 toplantısında Lavrovu boykot ediblər

    G7 ölkələrinin XİN nazirləri İndoneziyada G20 həmkarları ilə şam yeməyinə gəlməyiblər və Rusiyanın XİN naziri Sergey Lavrovun iştirakı üzündən görüşün ənənəvi fotosu çəkilməyib. Bu barədə "Yevropeyskaya pravda” məlumat yayıb.

    Muxalifet2 - 8-07-2022

  16. Sərhədlərin açılmasını istədik, tərsinə etdilər… - ETİRAZ

    "Milli Məclisdə səsləndirdiyimiz fikirlər çox zaman nəzərə alınmır və ya tamamilə əksinə qərarlar verilir".

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

    "Quru sərhədləri bağlandı, AZAL qiymətləri ilə bağlı burada fikir səsləndirdik, heç bir qərar verilmədi. İnsanlar çətin vəziyyətdə qalıblar, müalicəyə ehtiyacı olanlar bilet qiymətləri baha olduğuna görə xaricə belə gedə bilmirlər", - deyə deputat bildirib.

    Muxalifet2 - 8-07-2022

  17. Nazirlikdə "qrant bazarı": onminləri kimlər mənimsəyir?

    Son günlər Təhsil Nazirliyi və bir sıra qeyri-hökumət təşkilatları arasında “qrant biznesi”, “hədiyyə qrantlar”la bağlı iddialar səsləndirilir. İddialara görə, Təhsil Nazirliyi qrant müsabiqələrini ictimaiyyətə açıq formada həyata keçirmir. Yəni müsabiqə elan edilmir və ya bu, gizli formada gerçəkləşdirilir. Üstəlik, tenderdə qalib gələn və onun icrasını reallaşdıran qurumlarla bağlı hər hansı hesabat açıqlanmır.

    Muxalifet2 - 8-07-2022

  18. “Nar” yeniyetmələrin sağlam həyat tərzini seçməsinə dəstək olur

    “Nar” sağlam həyat tərzini təbliğ etmək məqsədilə aztəminatlı ailələrdən olan yeniyetmələr üçün boks təlimlərini keçirməyə davam edir. Builki təlimlərə 15 yeniyetmə qatılıb və mobil operator təlim iştirakçılarına peşəkar məşq üçün zəruri olan boks ləvazimatları hədiyyə edib.
    Təlimlər “Baku Fight Lab”in Azərbaycana dünya, Avropa və Olimpiya çempionları və mükafatçıları yetişdirmiş təcrübəli məşqçilərinin rəhbərliyi ilə keçirilir. Bu, təlimlərə qatılan yeniyetmələrin qarşısında peşəkar boksçu karyerası qurmaq üçün böyük imkan açır.

    Muxalifet2 - 8-07-2022

  19. “Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu - FOTOLAR

    “Breyn Rinq” intellektual bilik yarışının 19-cu mövsümü Nar komandasının çempionluğu ilə başa çatıb. Final mərhələsində hesabın 1:1 olmasına baxmayaraq, həlledici sualın cavabını tapan “Nar” “Kapital Bank”a qalib gələrək “Nar” kubokunun sahibi olub.
     

    Muxalifet2 - 9-07-2022

  20. 37 500 HƏRBÇİ, 1645 TANK, 217 TƏYYARƏ, 188 HELİKOPTER... - Ukrayna Silahlı Qüvvələrindən Rusiyanın itkiləri haqda son açıqlama

    "Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 37 500 hərbçisi məhv edilib”.

    Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

    Muxalifet2 - 11-07-2022

Pages