AXC ilə bağlı hərbi orkestrlərin çıxışları oldu
28-05-2018 20:53
Baxış sayı:
3613

Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub.
Muxalifet.az xəbər verir ki, 28 May - Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olub.
Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış ediblər:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında.