Avropanın qanla BƏSLƏNƏN ZƏNGİNLİYİ

Baxış sayı:
2848

Araşdırma aparan beynəlxalq QHT-lər Fransanın silah ixracının yarısını Yaxın Şərqdə qarşıdurmaların yaşandığı ölkələrə etdiyini, regiondakı münaqişələri alovlandırmaqla silah satışını artırdığını irəli sürüb.
 
Qeyri-hökumət təşkilatları (QHT), silah satışının yarısından çoxunu Yaxın Şərq ölkələrinə həyata keçirdiyi ortaya çıxan Fransız hökumətini, regiondakı münaqişələri alovlandırmaqla silah satışını artırmaqla ittiham edib.
Beynəlxalq Amnistiya Təşkilatı, ACAT France və Silahlanmaya Nəzarət təşkilatlarının verdiyi birgə yazılı açıqlamada, Fransa Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi silah satış və ixrac hesabatı müzakirə olunub.
Hesabatın bir ay gecikdirildiyini və Birləşmiş Millətlər Təşkilatının (BMT) Silah Ticarəti Müqaviləsi öhdəlikləri hesabatına yer verməyərək dərc olunduğunu bildirən QHT-lər, "Fransanın silahlanma yarışında utancverici bir şəkildə, Körfəz ölkələri arasında böhrandan istifadə etdiyini" irəli sürüb.
Nazirliyin hesabatında, Fransanın ötən il həyata keçirdiyi silah satışından 6,9 milyard avro gəlir əldə etdiyi bildirilib. Bunun 3,9 milyard avro olmaqla, yarıdan çoxunun Körfəz ölkələrinə satıldığını və bu ölkələrin müharibə vəziyyətində olduğu bildirilib.
Silahlanmaya Nəzarət təşkilatının nümayəndəsi Toni Fordun, "Yəməndəki toqquşmalarda tərəf olan koalisiya üzvlərindən Səudiyyə Ərəbistanı, 2017-də 1,38 milyard avro dəyərində silah satışı ilə Fransanın ikinci böyük müştərisi halına gəlmişdir. Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı və Misir, Fransanın ən əhəmiyyətli müştəriləri arasındadır" deyə, bildirib.
Yəməndə 2015-dən bu yana davam edən müharibədə 10 min insanın həyatını itirdiyi və ölkədə ən ağır humanitar böhranın yaşandığı xatırladılan açıqlamada, "Fransanın bu ölkələrə silah satması, müharibə cinayəti işləməklə günahlandıran ölkələrə silah satışını qadağan edən Avropa Birliyi (Aİ) ortaq mövqeyi və Silah Alveri Müqaviləsinin qabarıq pozuntusudur" deyə, qeyd edilib.
Müxalifət.az