Avropadan Türkiyəyə sanksiya siyahısı mediaya sızdı

Baxış sayı:
10981

“Reuters” xəbər agentliyi Avropa Birliyinin Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətləriylə əlaqədar olaraq atacağı addımları ehtiva edən qərar yayımlayıb.
 
Yunanıstan, İsrail və Kipr Yunan Rəhbərliyinin Şərqi Aralıq dənizində əməkdaşlıq edib, təbii qaz qazma çalışması etməsinə baxmayaraq Türkiyənin suverenlik haqları çərçivəsində Kipr açıqlarında oxşar işlər görməsinə Avropanın təpkisi davam edir.
Türkiyəyə hər fürsətdə gözdağı verən Avropa Birliyinin (AB) Türkiyə ilə əlaqədar bəzi qərarlar verdiyi ortaya çıxıb. İngilis xəbər agentliyi “Reuters”-in iddiasına görə, AB Türkiyəyə qarşı bəzi sanksiya qərarları verib. “Reuters” sanksiya qərarında olan suyahını açıqlayıb.
 
Sızdırılan qərar mətnində yer alan sanksiya həmləsi;
 
- AB Genişlədilmiş Hava Nəqliyyatı Razılaşması görüşləri təxirə salınacaq.
 
- Türkiyə ilə üst səviyyə dialoq təxirə salınacaq.
 
- Türkiyəyə birlikdə iştirak prosesində verilən maliyyə yardımının 2020-də kəsilməsi dəstəklənəcək.
 
- Avropa Sərmayə Bankından Türkiyəyə verilən fondların nəzərdən keçirilməsi istənəcək.
 
- Türkiyə qazma fəaliyyətlərinə davam etsə, daha qatı tədbirlər alınacaq.
 
SANKSİYALAR BAZAR ERTƏSİ QƏBUL EDİLSƏ, TƏTBİQ OLUNACAQ
 
Yayımlanan qərar layihəsi bu gün AB üzvü ölkələrin səfirlərinin qatılacağı yığıncaqda masaya yatırdılacaq. Bazar ertəsi günü isə, AB Xarici İşlər nazirlərinin yığıncağında gündəmə alınacaq. Qəbul edildiyi təqdirdə isə sanksiyalar tətbiq olunacaq.
Müxalifət.az