“Avropada müsəlman olmaq çox çətindir”

Baxış sayı:
7171

Brüssel Regional Parlamentinin müstəqil millət vəkili Mahinur Özdemir Avropada müsəlman kimi yaşamağın çətin olduğunu söyləyib.
 
Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları (SETA) Vəqfinin Berlin Nümayəndəliyi tərəfindən Berlin Yunus Əmrə İnstitutunda "Müsəlmanların Avropada siyasi təmsilçiyi" mövzulu bir panel təşkil edilib.
Belçika və Avropanın ilk hicablı millət vəkili olaraq tarixə keçən və 2015-ci ildə 1915 hadisələriylə əlaqədar erməni iddialarını tanımadığı üçün partiyasından çıxarılan Özdemir, ilk hicablı millət vəkili olaraq qarşılaşdığı çətinlikləri izah edib. Xüsusilə Müsəlman qadın olaraq məşğulluq və təhsil sahəsində çətinliklər çəkdiyini, bunun yanında siyasətdə hicablı olaraq fəaliyyət göstərməyin çox çətin olduğunu ifadə edən Özdəmir, "Avropada bu gün müsəlman olmaq çətindir, gözlə görünəcək şəkildə Müsəlman olmaq daha çətindir" deyib.
Özdəmir, “Media qarşısında təhqir, həqarət və böhtanlara uğrayırsınız. Buna hətta cavab vermək hüququnuz belə yoxdur. Siz inanılmaz bir şəkildə damğalana bilirsiniz” deyə bildirib.
Partiya tərəfindən hazırlanan seçki kampaniyası əsnasında Özdəmir hicabla çəkilən örtülü plakatlardakı fotoşəkillərinin hamısının çıxarıldığını söyləyib.
Müxalifət.az