Avropa ölkəsindən qalmaqal açıqlama: “YPG-yə borcluyuq”

Baxış sayı:
8431

Suriyadan çəkilməsi ilə bağlı ziddiyyətli bəyanatlar verən Fransa, yeni bir açıqlama ilə bölgədə qalmağa niyyətli olduğunu ortaya qoyub. Fransanın müdafiə naziri Florence Parly, terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-nin təşkil etdiyi SDG üçün "YPG-nin qolu olan SDG-yə borcluyuq" deyib.
 
Parly ABŞ-ın bölgədən geri çəkilməsi ilə kartların yenidən paylanacağı, lakin heç kimin nəticələri təxmin edə bilməyəcəyini söyləyib. Parli terror təşkilatı PKK/YPG-ni də tərifləməkdən geri qalmayıb. Parly İŞİD-la mübarizədə YPG-yə bolclu olduqlarını deyib.
 
Paris bir kompromis istəyir
“AFP”-ə açıqlama verən bir Fransa hökumət rəsmisi Pentaqonun Suriyada "müşahidəçi qüvvələr" yaratmağı təklif etdiyini, lakin müttəfiq ölkələrin qəti olaraq bu təklifə qarşı çıxdığını söyləyib. Fransa rəsmisi Əsəd rejimi ilə YPG arasında problemin danışıqlar yolu ilə çözülməsini istədiklərini bildirib. Həll prosesinə Türkiyənin də qatılmasına ümid etdiklərini söyləyən səlahiyyətli, buna baxmayaraq tərəflərin arasında siyasi bir razılaşmanın asan olmayacağını da qeyd edib.
Müxalifət.az