Avropa İttifaqının Təhlükəsizlik Şurası yaradılacaq

Baxış sayı:
5203
Almaniya və Fransa Avropa İttifaqının Təhlükəsizlik Şurasını yaratmaq qərarına gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Almaniya hökumətinin rəsmi saytında dərc edilib.
Məlumatda bildirilir ki, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqında islahata dair təklifləri müzakirə edib və Aİ Təhlükəsizlik Şurasının yaradılmasını fikrini dəstəkləyiblər. A. Merkel deyib ki, bu müzakirələr Avropa İttifaqının inkişafı və ölkələr arasında əməkdaşlıq üçün yeni imkan açıb.