Avropa İttifaqının binası qarşısında AYAQQABILI “FƏLƏSTİN” AKSİYASI

Baxış sayı:
4348

Aİ xarici işlər nazirləri, Belçikada Qəzza gündəmi ilə bir araya gəliblər. İclas ərəfəsində Aİ binası önünə, Fələstində öldürülənləri təmsil edən 4 min 500 ayaqqabı düzülüb. Belçikanın paytaxtı Brüssel, son 10 ildə İsrail hücumlarında həyatını itirən Fələstinlilər üçün keçirilən və olduqca təsiredici bir hadisəyə səhnə olub. “Avaaz” qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilən aksiya, Avropa Birliyi binasının qarşısında keçirilib. 4 MİN 500 AYAQQABI Aİ BİNASI QARŞISINDA Son 10 ildə İsrail tərəfindən öldürülən Fələstinlilərin sayı qədər ayaqqabı Avropa İttifaqı binasının qarşısındakı meydana düzülüb. Böyük səs salan bu aksiyanın, Aİ Xarici İşlər Nazirlərinin Qəzzada baş verənlərlə bağlı keçirəcəyi görüş ərəfəsində keçirilməsi də aksiyanın təsirinin artmasına səbəb olub. Meydandakı 4 min 500 cüt ayaqqabı, yerli saatla səhər 8.30-dan günorta 12.30-a qədər meydanda qalacaq. “Avaaz”, aksiyanın məqsədin "Artıq aksiya keçirə bilməyənləri təmsil edə bilməkdir" deyə, açıqlayıb. Qəzzada baş verənlər ilə əlaqədar olaraq İsrailə sanksiya tətbiq olunmasını tələb edən imza kampaniyasında da bir həftədən qısa bir müddət ərzində 425 mindən artıq AB vətəndaşının iştirak etdiyi bildirilib. Müxalifət.az