Avropa İttifaqı Ukraynaya yardım ayıracaq - 1 MİLYARD AVRO
13-06-2018 18:23
Baxış sayı:
8305

Avropa Parlamentinin deputatları Ukrayna üçün yeni makroiqtisadi yardımın ayrılmasını təsdiqləyiblər.
Muxalifət.az xəbər verir ki, yardımın məbləği 1 mlrd. avro təşkil edəcək.
Bu vəsaitin iki tranşla ayrılması planlaşdırılır. Yardım proqramının müddəti isə 2 il yarım təşkil edəcək.
Bu, Avropa İttifaqının (Aİ) Ukraynaya son 4 il ərzində 3-cü makroiqtisadi yardımı olacaq. Ümumilikdə, bu ölkə Aİ-dən 2,8 mlrd. avro yardım alıb./report/