Avropa Birliyindən qalmaqal çağırış: “Türkiyəyə qarşı tədbir görülməlidir”

Baxış sayı:
7474

Avropa Birliyi nazirləri Türkiyənin Kiprdəki karbohidrogen axtarış fəaliyyətlərini "qeyri-qanuni" xarakterizə edərək Ankaraya qarşı tədbirlər görülməsi üçün Avropa Komissiyasına çağırış edib.
 
Avropa Birliyi (AB) Türk gəmilərinin Şərqi Aralıq dənizində karbohidrogen axtarış fəaliyyətlərindən ötəri Türkiyəyə qarşı ortaq bir mövqe müəyyənləşdirmə hazırlığına başlayıb.
Türkiyə və Türk Kipri arasında Türk gəmilərinin Şərqi Aralıq dənizində karbohidrogen axtarış fəaliyyətlərindən ötəri yaşanan gərginlikdə Avropa Birliyinin Lüksemburqda toplanan AB nazirləri, birliyin üzvü Yunan Kipri ətrafında "Türkiyənin qeyri-qanuni qazma fəaliyyətləri səbəbiylə ciddi narahatlıq" duyduğunu ifadə ediblər.
Nazirlər Avropa Komissiyasına "uyğun tədbirlər üçün konkret hərəkətləri gecikmədən qiymətləndirmə" çağırışı edib.
Avropa Komissiyasının Genişləmədən Məsul üzvü Johannes Hahn görüşdən sonra etdiyi açıqlamada, qazma məsələsinin yığıncaqdakı əsas gündəm maddəsi olduğunu və AB-nin Türkiyəyə maliyyəni kəsə biləcəyini, ya da Ankara ilə üst səviyyə yığıncaqlara son verə biləcəyini söyləyib.
Hahn jurnalistlərə etdiyi açıqlamada, Türkiyənin fəaliyyətlərinin "qəbul edilməz" olduğunu qeyd edib.
 
TÜRKİYƏDƏN TƏPKİ: SİYASİ SAXTAKARLIQDIR
 
Türkiyənin Xarici İşlər Nazirliyindən edilən açıqlamada, AB-nin qiymətləndirmələri "siyasi saxtakarlıq" adlandırılaraq tənqid olunub. Açıqlamada, "AB-nin mövcud mövqeyi əsasən Egey və Şərqi Aralıq dənizi ilə bağlı Yunanıstan-Yunan Kipri ikilisinin Türkiyənin və Kipr adasının ortaq sahibi KKTC-nin haqlarını qəsb etməyə yönəlikdir, əsassızdır və maksimalist tezislərə söykənməkdədir. Bu tezisləri tamamilə rədd edirik. Şərqi Aralıq dənizi ilə bağlı qərarlar hüquqi təməldən məhrumdur. AB-nin bu tərəfli və gerçəklərdən uzaq rəftarını dəyişdirməyə dəvət edirik" ifadələrinə yer verilib.
 
NƏ OLMUŞDU?
 
Yunanıstanın baş naziri Alexis Çipras AB Şurasının başçısı Donald Tusk ilə bir telefon danışığı aparmışdı. Çıpras danışıqda Türkiyənin qazma fəaliyyətlərini gündəmə gətirərək Türk gəmilərinin Şərqi Aralıq dənizində karbohidrogen axtarı fəaliyyətlərindən ötəri AB Şurası "Türkiyənin qeyri-qanuni hərəkətlərini açıqca qınamalıdır" demişdi.
Müxalifət.az