Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı –Bu gündən quvvəyə minir

Baxış sayı:
5962

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay müddətinə uzadıb.

Bu barədə Avropa Birliyinin rəsmi jurnalı məlumat yayıb.

Sənəddə qeyd olunur ki, iyulun 5-də Avropa Şurası Rusiya iqtisadiyyatının spesifik sektorunun yönəlmiş sanksiyaların müddətini 2019-cu il yanvarın 31-dək uzadıb. Avropa Birliyi Ukraynadakı vəziyyətə görə martda 150 şəxsə və 38 təşkilata qarşı sanksiyaların müddətini sentyabrın 15-dək artırıb.

Qərar iyulun 9-dan qüvvəyə minib.( Virtualaz.org)