Avropa Afrin üçün hərəkətə keçdi: TÜRKİYƏNİ DAYANDIRIN
20-02-2018 12:32
Baxış sayı:
3391

Afrində keçirilən “Zeytun budağı” əməliyyatından narazı olan bir sıra siyasi simalar Fransada Türkiyə ordusunun dayandırılması üçün imza toplamağa başlayıb.
Əməliyyatın dayandırılması üçün imza toplamağa başlayan siyasətçilər bölgədə ağır zərbə alan qrupların müttəfiqləri olduğunu açıqlayıb.
İŞİD-lə mübarizəni bəhanə edən fransız siyasətçilər türk ordusunun Suriyanın şimalından dərhal geri çəkilməli olduğunu bildiriblər.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron da Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatının dayandırılmalı olduğunu açıqlamışdı./axar/